Gözə çay paketi qoymaq olarmı?

Oftalmoloq və teleaparıcı Mixail Konovalov konyunktivitin müalicəsi ilə bağlı üsulun faydasız olduğunu deyib.

“Medicina” xəbər verir ki, həkim efirdə gözə çay paketləri qoymaqla kompreslər və bal damızdırmaqla edilən müalicələrin ümumi göz xəstəliyindən qurtulmağa kömək etmədiyini bildirib.

O, çay paketi kompreslərinin nəinki konyunktiviti sağaltmayacağını, əksinə zərərli ola biləcəyini deyib: “Göz qapağına isti çay paketi qoysaq, əksinə isti mühit bakteriyaların çoxalmasına şərait yaradacaq”.

Həkim əlavə edib ki, əgər insan açıq gözünün üstünə çay paketi qoysa, o zaman buynuz qişanın eroziyası yaranır.

M.Konovalov konyunktivitin müalicəsi üçün başqa bir təsirsiz və təhlükəli üsulun gözə bal damızdırmaq olduğunu bildirib: “Bal bakteriyalar üçün çoxalma yeridir, bəzi insanlarda allergik reaksiya yarada bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.