Göyərmələri necə aparmaq olar? 5 üsul

Hər hansı travma və ya yıxılmadan sonra dəridə hematomalar (göyərmələr) əmələ gəlir.

Bu göyərmələr ciddi kosmetik qüsur yaradır. Göyərmələri daha az görünən etmək və tez yox etmək üçün bəzi çox sadə vasitələrdən istifadə edə bilərsiniz.

1. Soyuq

İlk növbədə soyuqdan (soyuq su ilə kompres, soyuducuda olan hər hansı məhsul, buz kubları) istifadə edin. Kompresi 15 dəqiqə ərzində dəridə saxlayın.  Buz və ya buzlu bir məhsulu əvvəl bir parçaya və ya dəsmala bükün.    

Bu üsuldan ilk 4 saat ərzində istifadə edə bilərsiniz. Daha sonra effekt verməyəcək.

2. İsti

Göyərmə artıq əmələ gəlibsə soyuq deyil, əksinə isti su, isti qrelka və s. qoyun. Hər 3-4 saatdan bir 15 dəqiqə saxlayın.

3. Göl süngəri (“badyaqa”)

Apteklərdə toz şəklində satılır. Su ilə qarışdırıb sıyıq şəklinə salın və göyərmiş yerə çəkib 5 dəqiqəyə qədər saxlayın. Güclü yanma və qaşınma hissi yarandıqda dərhal yuyun. Bu çox effektli vasitədir, lakin ondan tez-tez istifadə etmək olmaz.

4. Yod

Göyərmənin üzərinə yod çəkin. Yod yerli qan dövranını sürətləndirir ki, göyərmə daha tez yox olur.

5. İstiotlu plastır

Bu vasitədən travmadan 1 gün sonra istifadə etmək olar. Bu çox effektli üsuldur və göyərməni tez yox edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.