Görmənin birdən zəifləməsi, pisləşməsi insult və ürək tutmasının siqnallarından ola bilər.
“Medicina” xəbər verir ki, sarı cismin xüsusi tip degenerasiyası ürək-damar xəstəlikləri ilə bağlıdır.
Bu elmi kəşf imkan verəcək ki, oftalmoloqlar vaxtında gözdə olan dəyişikliyi görüb, insanı infarkt və insultdan qoruya biləcəklər.
Həkim kardioloq Oleq Varfolomeyev bildirib ki, alimlər ilk dəfə sarı cismin konkret forması və onda druzenoidlərin yığılmasına baxaraq, ürək-damar xəstəliklərini təyin etməyi öyrəniblər.
SDD adlı bu yığıntılar yağ lipidləridir, onlar görmə tozunun arxasında toplaşıb, görməni azaldır. Əgər burda belə lipid toplaçması varsa, deməli, ürək damarları da tutulub.
Eləcə də gözlərə qan dövranı ürək damarları tıxananda azalır. Pis qan dövranı bədənin istənilən sahəsini zədələyir, eləcə də görmə torunu. Bu hətta tam korluqla nəticələnə bilər.
Orqanik.az