Genetik xəstəlikləri olan cütlüklər sağlam uşaq sahibi olmamaq qorxusundan körpə dünyaya gətirmək fikrini təxirə salırlar.
Bununla belə, inkişaf edən texnologiya və tibbdə irəliləyişlər hamiləlik zamanı və hamiləlikdən sonra baş verə biləcək bütün problemləri əvvəlcədən aşkarlamağa imkan verir.
Bu baxımdan süni mayalanma zamanı pre-transfer genetik diaqnostika hamiləlik problemi olmayan, lakin genetik xəstəlik daşıyıcısı olan cütlüklərə sağlam uşaq sahibi olmaq imkanı verir.
Ana və atanın səhhətində heç bir problem olmasa da, bəzən hüceyrə səviyyəsində xromosomlarda və genetik strukturlarda pozuntular görülə bilər.
Bu vəziyyət formalaşacaq embriona təsir etdiyi üçün belə xəstələrə genetik diaqnozu qoyulmuş “tüp bebek” müalicəsinin tətbiq edilməsi lazımdır.
Orqanik.az