Gel – şellak tipli dırnaq boyalarının qorxunc zərərləri

Bu gün gel-lak tipli dırnaq boyaları haqda eşitməyən qalmayıb.

Dəblə ayaqlaşmaq istəyən hər bir xanım il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə edir. Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir.

Boyadan imtina edəndə, dırnaqlar sürətlə zəifləyib qırılmağa, parlaqlığını itirməyə başlayır.

Publika.az dırnaqları gel boyaların mənfi təsirindən qorumağın yollarını təqdim edir.

Gel, öz-özünə quruya bilən boya deyil. Onu mütləq ultrabənövşəyi şüaların altında qurutmaq lazımdır. Qurutma prosesi zamanı boya ilə sədəfin üst qatı bir-birinə qarışır və dırnaq tərkibini itirir.

Dermotoloqlar düşünür ki, gel-boya və bu tip manikur növləri çox zərərlidir. İki dəfə ardıcıl gel, şellak və s. manikur prosesindən sonra, dırnaqlar ən az 3 ay müddətində dincəlməlidir.

Gel boyaların zərəri tək sədəfin tərkibinin itməsi ilə bitmir. Onu qurudan ultrabənövşəyi şüalar da, dəriyə olduqca zərərlidir. Bu proses zamanı dərini qorumaq üçün xüsusi əlcəklərdən istifadə edilməlidir. Əllərində xal olanlar üçün isə ultrabənövşəyi şüalar əsl təhlükədir. Bu zaman şüalar yanmadan tutmuş, dəri xərçənginədək qorxunc xəstəliklərə səbəb ola bilər.

Bu boyalar bir neçə qatdan ibarət olur. Odur ki, dırnaq nəfəs almağa dəlik tapmır və get-gedə öz təravətini və gücünü tam itirir.

Bu boyaları dırnaqdan çıxarmaq üçün xüsusi alət və ya çox güclü tərkibli təmizləyici vasitədən istifadə olur. Alət dırnaqları zədələyir. Folqa ilə dırnaqlara bərkidilən təmizləyici məhlul isə, gel boya və ya şellakı əridib, qoparmaqla qalmır, öz zəhərini dırnağa buraxır.

Bəli, gözəllik qurban tələb edir. Bəs bu qurban sağlamlığımızı məhv etməyə dəyirmi?

Bu tip boyalardan imtina edə bilməyən xanımlar ən azı yağlı balıq əti, vitamin, zülal və ağartı məhsullarını gündəlik rasionlarına daxil etməlidirlər.

Gel boyalara fasilə verən zaman isə dırnaqlarınızı kəsib, hər gün zeytun, şaftalı, yaxud digər yağlarla bəsləyin və ya sadəcə, qidalandırıcı dırnaq boyaları sürtün.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.