Gel dırnaq boyalarının dəhşətli fəsadları üzə çıxdı

İngiltərli dermatoloqlar hesab edir ki, qaşınma və tənəffüs problemlərini gel lakından istifadənin dəhşətli nəticələridir.

Orqanik.az xəbər verir ki, həkimlərin sözlərinə görə, manikürdə gel lakından istifadə dəhşətli nəticələrə gətirib çıxarır. Bu barədə “BBC” məlumat yayıb.

Söhbət ultrabənövşəyi lampada qurudulmalı olan gel cilalarından, həmçinin polimer-monomer pastasından hazırlanmış akril dırnaq qaynaqlarından gedir. Həkimlərin fikrincə, bu məhsulların tərkibinə daxil olan kimyəvi maddələr dəridə qaşınma və səpgilərə, dırnaq boşqabının qopmasına, ağır hallarda tənəffüs problemlərinə və anafilaktik şoka səbəb ola bilər.

Məlum olub ki, Britaniya Dermatoloqlar Assosiasiyası Böyük Britaniya və İrlandiyadan olan qızlarda gel laklarına qarşı allergik reaksiyalar artıb. Bu səbəbdən təşkilatın üzvü Deydra Bakli xanımları bu cür manikürdən çəkinməyə çağırıb və əlavə edib ki, bu cür reaksiyalara ən çox evdə lakların tətbiqi zamanı, həmçinin kifayət qədər ixtisaslı mütəxəssislər etdikdə də rast gəlinir. Üstəlik həkim allergiyanın zamanla ortaya çıxdığını da vurğulayıb.

Ekspert qeyd edib ki, bu hallar yarananda əsas allergiya törədicisini müəyyən etmək vacibdir ki, xəstə öz orqanizminin xüsusiyyətləri barədə həkimlərə əvvəlcədən məlumat verə bilsin. “Çox vaxt akril və gel cilalarında olan oxşar maddələr diş və ya cərrahi müalicədə də istifadə olunur” , – D.Bakli yekunda bildirib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.