Alimlər mövsümi dəyişikliklərin insan sağlamlığına təsirini araşdırır. Tədqiqatçılar qışda ürək xəstəliyi və insult hallarının, həmçinin 1-ci tip diabet, dağınıq skleroz, psixiatrik pozğunluqların daha çox olduğunu qeyd ediblər.
Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, araşdırma zamanı bir il ərzində dünyanın müxtəlif yerlərində 16 000-dən çox insanın gen aktivliyini sınaqdan keçirərək, insan orqanizminin mövsümi xəstəliklərə necə reaksiya verdiyi öyrənilib.
Test edilən genlərin təxminən dörddə biri qışda daha aktiv olub.
Qış genləri qrip və soyuqdəymə kimi mövsümi infeksiyalarla mübarizə aparmaq üçün immunitet sistemini gücləndirməklə əlaqələndirilir. Ancaq yan təsir olaraq, zərərli iltihab riski artır, daha çox infarkt, iltihablı revmatizmə və digər xəstəliklərə səbəb olur.
Məsələn, İngiltərə və Uelsdə ürək-damar xəstəlikləri qışda pik həddə çatır, 1-ci tip diabet diaqnozu ən çox noyabr-fevral aylarında qoyulur.
Orqanik.az