Nar təbiətin ən güclü antioksidantlarından biridir. Bu faydalı xüsusiyyəti sayəsində nar əsrlər boyu müalicəvi məqsədlər üçün istifadə edilmişdir.
Şirəsi və qabığı şəfa mənbəyi olan narın faydalarını və qida dəyərini Evdar.az sizlər üçün araşdırdı.
İÇİNDƏKİLƏR
Narın Qida Dəyəri Nədir?
1 orta ölçülü narın tərkibində orta hesabla 234 kalori, 4,7 qram protein, 52,7 qram karbohidrat və 3,3 qram yağ var. Bundan əlavə, narın tərkibində 16 qr kalsium, 11,20 iu A vitamini, 16,32 mq C vitamini, 0,48 mq dəmir, 377,60 mq kalium, 4,80 mq natrium var.
Narın Bədənimizə Faydaları Nələrdir?
Nar,
- qanda oksidləşmənin qarşısını alır, qan əmələ gətirən hüceyrələri artırır və ürək-damar sağlamlığını qoruyur.
- Antioksidant xüsusiyyəti sayəsində infeksiya hüceyrələrini azaldır və davamlı hüceyrələri çoxaldır.
- Orqanizmi qrip və yuxarı tənəffüs yollarının xəstəliklərindən qoruyur.
- Qandakı trombosit hüceyrələrini yeniləyir, revmatizm və oynaq ağrılarına xeyirlidir.
- Yaşlılıqda əzələ ağrılarını azaldır.
- Bədəndən toksinləri sidiklə xaric edir.
- Dərini nar qabığı ilə yuduqda tonik effekti yaradır.
- Dərini ölü dərilərdən təmizləyir və akneleri, sızanaqları azaldır.
Nara Duz Töküb Yeyilsə Nə Olar?
Qışda qrip, soyuqdəymə kimi yuxarı tənəffüs yollarının xəstəlikləri artır. Viruslar boğazı məhv edir və sağalma prosesi uzanır. Nara duz əlavə olunduqda o, güclü iltihabəleyhinə olur. Gündə 6-7 qaşıq duzlu nar bəlğəm və ya nəcislə bədəndəki virusu xaric edir. Bağırsaqları və yemək borusunu təmizləyir.
Narın Qabığı da Faydalıdırmı?
Nar üzərində aparılan araşdırmalar nəticəsində narın qabığının bədəndə döş xərçənginin inkişafını dayandırdığı görülüb. Nar qabığının tərkibində flovanoidlər, vitaminlər, polifenollar, antosiyaninlər və taninlər var. Nar qabığı sayəsində pis xolesterin azalır. Bədənin xərçəngə qarşı immuniteti güclənir və narın qabığı qaynadılıb şirəsi içildikdə orqanizmdəki şiş hüceyrələri sağalır.
Bundan əlavə, narın qabıqları və içindəki pərdə qaynadılır, zeytun yağı əlavə edilib əzilir və bu qarışım dəriyə çəkilərsə, ekzema və quru dəri üçün məhlul olar.
Nar qabığından da çay hazırlamaq olar. Nar qabıqlarını günəşdə qurutduqdan sonra qəhvə qabına qoyun, üzərinə su əlavə edib 15 dəqiqə qaynadın, 5 dəqiqə dəmləyib için.
Saytda nar haqqında dərc olunan digər məqalələrimiz:
Sağlamlığınızın Qeydinə Qalın!