Həkim – toksikoloq Mixail Kutuşovun fikirincə, yeməkləri falqa içində bişirmək qalxanabənzər vəzin funksiyasının pozulmasına, piylənməyə və xərçəngə səbəb ola bilər.
Orqanik.az “Medicina”-ya istinadən xəbər verir ki, falqa hormonal disbalansa səbəb ola biləcək ksenoestrogenlərin daşıyıcısıdır.
Ksenesterogen insan bədənində qadın hormonları – estrogenlər kimi maskalanan kimyəvi maddələrdir. Onlar çox yığıldıqda, hormonal balanssızlığa səbəb olur.
Həkim xəbərdarlıq edib ki, belə kimyəvi maddələr qalxanabənzər vəzin funksiyasının pozulmasına, piylənməyə, həmçinin xərçəngə, sonsuzluğa və digər patologiyalara səbəb ola bilər.
Bundan əlavə, falqa alüminium olduğu üçün zərərlidir.
“Alüminium böyrəklərdə, qalxanabənzər vəzdə, beyində toplana və müxtəlif xəstəliklərə səbəb ola bilər. Falqanı perqamentlə əvəz etməyi məsləhət görürəm. Belə material məhsulları yandırmaqdan mükəmməl qoruyur və nəmi yaxşı saxlayır, həmçinin bədən üçün zərərli toksinləri istehlak etmir”.
Həkimlərin fikrincə, alüminium hüceyrələrin böyüməsini və inkişafını ləngidir, sinir sisteminə mənfi təsir göstərir və bəzi məlumatlara görə, bədxassəli şişlərin yaranmasına kömək edir.
Çox vaxt alüminium qırmızı ət və quş əti ilə təmasda olduqda təhlükəli olur. Alüminiumun sərbəst buraxılması pendir, limon, ədviyyat və duzun əlavə edilməsi ilə artır. Həkimlər bu yeməkləri falqa ilə bişirməkdən imtina etməyi məsləhət görürlər.
Orqanik.az