Evkaliptin 500-ə yaxın növü vardır. Amma dərman vasitəsi kimi kürəşəkilli evkaliptin yarpaqlarından istifadə edilir. Evkaliptin yarpaqlarını noyabrdan aprel ayına qədər olan dövrdə yığılır, yaxşı ventilyasiyalı yerdə qalınlığı 10 santimetrə qədər təbəqə şəklində sərir və ya 40*C -dən yüksək olmayan tempraturda quruducu qurğularda qurudulur.
Evkalipt yarpağı zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində 3 faizə qədər efir yağı, flavonoidlər, aşı maddələri, ellaq turşular, qətran maddələri, üzvi turşular və digər maddələr vardır. Efir yağının tərkibində kamfen, fenxen, terpineol, seskviterpen spirtləri və digər maddələr var. Efir yağının polifenol birləşmələrinin antiseptik, iltihabkəsici, antibakterial, ağrıkəsici təsirə malik olduğu tibbə məlundur. Bundan başqa evkaliptin aşağıdakı faydaları da vardır:
1. Evkalipt yarpağının dəmləməsi antiseptik təsir vasitəsi olduğu üçün qarqara və inhalyasiya şəklində istifadə edildikdə faydası çox olur.
2. Evkalipt yarpaqlarının dəmləməsini içmək və vanna etmək ginekoloji xəstəliklərin müalicəsində faydası var.
3. Evkalipt yağı ilə inhalyasiya etdikdə tənəffüs yolları açılır və bronxlar genişlənir.
4. Dəmləməsi ilə təzə yaraları yuduqda yaralar tez sağalır.
5. Ginekoloji xəstəliklər zamanı uşaqlıq yolunu evkalipt dəmləməsi ilə yumaq infeksiya əlamətlərini aradan qaldırır.
6. Evkalipt yarpaqlarındakı efir yağlarından hazırlanan dərmanlardan dəridə olan yarları, xoraları, yanıq yaralarını sağaltmaq üçün, miozit, radikulit və digər xəstəliklər zamanı ağrıkəsici kimi istifadə edilir.
Evkalipt dəmləməsi çoxlu müalicəvi təsirə malik olan effektli dərman bitkisidir.
Evkalipt dəmləməsinin resepti:
10 qram (2 xörək qaşığı) xırdalanmış evkalipt yarpağı xırdalanır, emallı qaba qoyularaq üzərinə 1 stəkan qaynar su əlavə edilir və su hamamında 30 dəqiqə qızdırılır, otaq tempraturunda 10 dəqiqə saxlayıb süzülür. Xammalın qalığını sıxıb süzülmüş su ilə qarışdırmaq lazımdır. Sonra dəmləmənin miqdarı artırılıb 200 ml-ə çatdırılır. Alınan bişirmə gündə 3 dəfə yeməkdən sonra hər dəfə 1 stəkan qəbul edilir. Bu dəmləmə antiseptik və iltihab əleyhinə təsir göstərir. İnhalyasiya və qarqara üçün 1 xörək qaşığı bişirmə 1 stəkan su ilə qarışdırılır.
Orqanik.az