Alimlər elə qənaətə gəliblər ki, yeməklərin həftədə beş dəfə ev şəraitində hazırlanması insanların ömrünü uzadır – bu ev aşpazlığının pozitiv effektləri ilə təmin edilir.
Nyukasl Universitetindən olan tədqiqatçılar bildiriblər ki, ev şəraitində yeməklərin hazırlanması qidalanmanın keyfiyyətinin, ürək və metabolik sağlamlığın yaxşılaşdırılması ilə əlaqədardır, bu da daha sağlam və uzun ömrü təmin edir. Orqanik.az AZƏRTAC-a istinadən bildirir ki, yaxşı kardio-metabolik sağlamlıq o deməkdir ki, insan piylənmə və diabetə meyilli deyil, normal xolesterin səviyyəsinə malikdir.
“Yeməklərin həftədə beş dəfə ev şəraitində hazırlanması insan ömrünü uzada bilər. Belə fəaliyyət fiziki və əqli güc tələb edir, üstəlik insanlar onların nə yedikləri və bunun onların sağlamlığına necə təsir edə biləcəyi barədə daha məlumatlı olur”, – deyə elimi mütəxəssislər bildirirlər.
Tədqiqatçılar bu cür nəticəyə 29-64 yaş arası 11 mindən çox yetkin insanda sağlamlığın yoxlanılması əsasında gəliblər. Onların təhlili göstərib ki, ev şəraitində hazırladıqları yeməklərlə qidalanan insanlar çox böyük ehtimalla sağlam rasiona riayət edəcəklər – onlar daha az süni əlavələr və transyağlar qəbul edirlər, onların orqanizmi daha çox müxtəlif qida məhsulları qəbul edir. Həmçinin ev şəraitində yeməkləri hazırlayan insanlar daha çox meyvə-tərəvəz qəbul edir. Beləliklə, müntəzəm olaraq ev şəraitində yemək hazırlayan insanlar çox vaxt normal bədən çəkisi göstəricilərinə (BÇİ), daha az piy qatına malik olurlar.
Yekun vuraraq, mütəxəssislər bəyan ediblər ki, ev şəraitində qidalanma ürək-damar xəstəliklərinin profilaktikasını təmin edən sağlam qida qaydalarına riayət olunmasını yüngülləşdirə bilər – beləliklə də bu vərdiş daha uzun ömür sürməyə kömək edir.
Orqanik.az