Ev şəraitində pendir hazırlamağın 7 üsulu

Ev şəraitində müxtəlif növ pendir hazırlamaq mümkündür. Sizlərə ən dadlı pendir reseptlərini təqdim edirik.
1. Sarıköklü ev pendiri
* 3,25% yağlılığı olan süd – 1 litr
* 3,2% yağlılığı olan kefir – 1 litr
* yumurta – 3 ədəd
* əlavə etmək istdiyiniz göyərti və ya çiçək
* sarıkök – 2 çay qaşığı
* sarımsaq – 3 diş
* duz
Süd və kefir qazana tökülür və zəif odun üstünə qoyulur, qarışdırılır. Yumurta duzla birlikdə yaxşı çalınır və qaynar qazana tökülür və dayanmadan qarışdırılır. Sonda sarıkök, sarımsaq və çiçək əlavə edilir, odun istiliyi azalır və qarışdırılır. 15-20 dəqiqə sonra qaynamamış qazan odun üstündən götürülür. Pambıq parça və ya bir-neçə qatdan ibarət tənzif dərin qaba qoyulur. Parça elə yerləşdirilməlidir ki, dərin qabın kənarlarından çıxmış olsun. Qarışım parçaya tökülür və bərk sıxılaraq düyünlənir. Parça hündür qabın arxa tərəfinə qoyulur və üstünə ağır əşya qoyulur.
2. Sərt ev pendiri  
* süd – 2 litr
* yumurta – 6 ədəd
* smetan – 400 qram
* kefir – 200 qram
Südə duz, smetan və yaxşı çlınmış yumurta əlavə edilir. Qarışdırılaraq kefir də qatıldıqdan sonra zəif odun üstünə qoyulur və durmadan qarışdırılır, amma, qaynanmasına yol verilmir. Bu müddətdə süd çürüyür. Bu zaman kefir əlavə edilib qazan odun üstündən götürülür. Sonra yuxarıdakı qaydada parçaya tökülür və üstünə ağır əşya qoyulur.
3. Şüyüdlü ev pendiri
* süd – 2 litr
* süd çürüyü – 500 qram
* yumurta – 4 ədəd
* qırnızı şirin istiot
* şüyüd
Süd bişirilməmiş otaq temperaturunda 2-3 gün saxlanılır. Bu zaman süd çürüyür və çürümüş süd sıxılır və suyu atılır.
1.5 litr süd odun üstünə qoyulur və 40*-ə qızdırılır. Sonra ona süd çürüyü, yumurta, əlavə edilib zəif odun üstündə qarışdırılaraq qaynanması gözləniılir. Qarışdıran zaman eyni tərkibli maddənin alınmasına çalışmaq lazımdır. Şüyüd, duz və qırmızı bibər xırda doğranaraq əlavə edilir. Bu zaman qarışımın rəngi dəyişilir. Rəngin dəyişilməsi 7-10 dəqiqə vaxt alır.Sonra qarışım parçaya tökülür və üstünə ağır əşya qoyulur. Pendirin formalı olmasını istəsəniz parçanı formalı qabın içərisinə qoya bilərsiniz.
4. Ətirli ev pendiri
* kefir – 1 litr
* süd – 1 litr
* yumurta – 6 ədəd
* duz – 4 çay qaşığı
* 1/3 çay qaşığı qırmızı istiot
* sarımsaq – 1 diş
* şüyüd
Süd və kefir şirli qaba tökülür və odun üstünə qoyulur, qaynamasına icazə verilmir. Qazanı qarışdıra-qarışdıra çalınmış yumurtalar qazandakıların üstünə əlavə edilir. Xırda doğranmış şüyüd və əzilmiş sarımsaq da qazana əlavə edilərək qarışdırılır və qaynamaq istədikdə odun üstündən götürülür. Qarışım parçaya tökülür və üstünə ağır əşya qoyulur.
5. Sadə ev pendiri
* süd – 1 litr
* smetan – 400 qram
* duz – 1 xörək qaşığı
* yumurta – 4 ədəd
Südə duz qatılıb qaynadılır, smetan və yumurta əlavə edilir. Qanadıqca süd qatılaşır, Sonra qarışım parçaya tökülür və üstünə ağır əşya qoyulur.
6. Evdə hazırlanmış motsarella
* süd – 1 litr
* qatıq – 125 qram
* duz – 1,5 çay qaşığı (duzun miqdarı pendirin duzluluğunu bildirir)
* 25%-li uksus esensiyası – 1 xörək qaşığı
Süd qızdırılır qaynamasına yol verilmir. Südə qatıq və uksus da əlavə edilib qarışdırılır odun üstündən götürülür. Qarışdırıldıqca qazandakı qarışım qatılaşır. Qatılaşdıqda qarışım pambıq parçaya tökülür və üstünə ağır əşya qoyulur.
7. Ev şəraitində kəsmikdən hazırlanan pendir
* kəsmik – 500 qram
* kərə yağ – 100 qram
* yumurta – 1 ədəd
* duz – ½ çay qaşığı
* soda – ½ çay qaşığı
Kəsmik, yumurta, kərə yağı, soda və duz blenderdə eyni tərkibli maddə halına düşənə qədər qarışdırılır. Qarışım su vannasına qaynayana qədər bişirilir. Qarışımı tökəcək formalı qab yağlanır və qarışım oraya tökülür. Qarışım soyuq mühitdə 8-10 saat saxlanılır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.