Soyuq havalarda qrip və soyuqdəymə halları tez-tez baş verir. Xəstəliyin əlamətlərini yüngülləşdirmək üçün aptek preparatlarından istifadə edirik. Unutmayaq ki, ən faydalı dərman təbii tərkibli olmalıdır. Evdar.az öskürəklə mübarizədə ən sadə və ucuz başa gələn ev şəraitində hazırlanmış möcüzəli həbin reseptini təqdim edir. Bu üsul ən çox dərman içməkdən imtina edən uşaqlar üçündür.
Tərkibi:
- 1 stəkan şəkər tozu
- ½ stəkan su
- 1 xörək qaşığı limon suyu
- 1/2 çay qaşığı üyüdülmüş zəncəfil
- ¼ çay qaşığı üyüdülmüş mixək
- 1 x/q bal
Üzərinə səpmək üçün:
Hazırlanma qaydası:
İlk öncə balaca qazana şəkər tozu, su, limon suyu, bal ,üyüdülmüş zəncəfil və mixək töküb qarışdırın. Ocağın altını yandırıb arabir qarışdıraraq qaynadın. Qatılaşmağını yoxlayıb tez ocaqdan götürün. Soba sinisinə və ya dəzgaha yağlı kağız sərib isti-isti qaşığın ucunda düymə böyüklüyündə az-az tökün. Bərkiməsi üçün kənarda saxlayın. Bərkiyən konfetlərin üzərinə şəkər kirşanı səpin. Bu nabatları şüşə bankada saxlaya bilərsiniz.
Nuş Olsun!