Eşitməni zəiflədən VƏRDİŞLƏR

Eşitmə qabiliyyətinin həyatımızda mühüm roy oynadığı hamıya məlumdur. Nitqimizin formalaşmağı, ərtafdakılarla rahat və keyfiyyətli ünsiyyət bilavasitə eşitmə qabiliyyətimizdən asılıdır.

Bəs biz eşitməmizi qorumaq üçün nələr etməliyik?

Orqanik.az Respublika Diaqnostika Mərkəzinə istinadla eşitməni zəiflədən vərdişləri təqdim edir:

Qulaqcıqlar: Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz aksesuardır. Küçədə, ictimai nəqliyyatda ətrafınıza baxsanız əksər şəxslərin qulaqcıq taxdığını və onların dinlədikləri musiqinin sizin də eşitdiyinizi görə bilərsiniz. Yüksək səslə musiqi dinləmək xoş olsa da, eşitmə orqanımız üçün akustik travma təhlükəsi yaradaraq eşitmə azlıgına səbəb ola bilər. Odur ki, qulaqlıqdan istifadə edərkən səsi maksimum həddə kimi açmayın!

Qulaq çöpləri: İstifadəsi tövsiyə olunmur. Xarici qulaq keçəcəyindəki qulaq kirini qulaq pərdəsinə dogru hərəkət etdirə, ehtiyatsızlıqdan qulaq pərdəsini belə zədələyə bilərsiniz. Qulağınızı quru salfet və ya bariyerli qulaq çöpü ilə yalnız ön hissədən təmizləmək məsləhət görülür.

Səs-küylü mühit: Yüksək səs küylü yerlər həm eşitmə, həm də ruh sağlamlıgımıza neqativ təsir edir. Mümkün oldugu qədər səs küydən uzaq olun.

Uşaqlarınızı diqqətlə izləyin: Əksər hallarda uşaqlarda eşitmə azlığının oldugunu valideynlər gec başa düşür. Əgər övladınızda ən kiçik eşitmə azlığı şübhəniz varsa mütləq həkimə müraciət edin. Dil açmağını gözləmək zaman itkisi ola bilər. Eşitmə azlığı nə qədər tez aşkarlanarsa erkən müalicə vəya reabilitasiya nəticəsində övladınız daha qısa müddətdə sosial həyata adaptasiya olar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.