Eq-noq süd və toyuq yumurtasından hazırlanmış şirin kokteyldir. Eq-noq alkohollu və alkoholsuz şəkildə hazırlanır. Alkohollu eq-noq hazırlamaq istədikdə ona viski, rom, brendi, likör və ya şərab əlavə edilir. Eq-noq tərkibinə görə dünyanın bir çox ölkələrində hazırlanan qoqol-moqol içkisinə çox yaxındır.
Eq-noq kokteylini ilk dəfə Şotlandlar hazırlayıblar. Onlar Yeni ili bu kokteyllə qarşılamağa adət ediblər. Eq-noq kokteyli İngiltərə, Fransa, ABŞ və bir sıra ölkələrin sevimli kokteylidir. Onu bahalı axşam yeməklərində və elit dəvətlərdə servis edirlər.
İçkinin hazırlanması zamanı müxtəlif alkohol və ədviyyat əlavələrindən də istifadə edilir.
Klassik alkoholsuz eq-noq 1 ədəd yumurta, 2 çay qaşığı şəkər tozu və 100 ml süddən hazırlanır. Bu zaman ona qida əlavəsi kimi qoz, darçın, vanil və s. əlavə edilir. Onu hazırlamaq üçün əvvəlcə yumurtanın sarısı ağından ayrılır. Sonra yumurtanın sarısı şəkər tozu və süd blenderdə çalınır, qədəhlərə tökülür, üzərinə ədviyyatlar, buz kubukləri əlavə edilir. Blenderdə çalınmış kokteyli qədəhlərə tökərkən ehtiyyatlı olmaq lazımdır ki, onun köpüyü yatışıb azalmasın. Qədəhlərə tökülmüş eq-noqun üst hissəsi tünd şokolat qırıntıları və ya üyüdülmüş kofe ilə bəzədilir.
Alkohollu eq-noq hazırlamaq istədikdə yumurta sarısı çalındıqdan sonra ona brendi, rom və ya digər alkohollu içki əlavə edilir.
Eq-noq kiçik hündürlükdə və ağzı enli qədəhlərdə içilir. Onu hazırladıqdan sonra qısa bir zamanda içmək lazımdır. Bunun səbəbi isə saxlanılan zaman onun strukturunun dəyişilməsidir.
Eq-noqnın Tərkibi
Kokteylin tərkibi A, C, E, PP, H, D, B qrup vitaminləri, kalium, kalsium, dəmir, fosfor, kolbat, maqnium və s. minerallar, amin turşuları var. Tərkibində çoxlu miqdarda faydalı maddələr olduğuna görə eq-noq beynin işini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, yorğunluğu aradan qaldırır, orqanizmə enerji verir.
Eq-noqnın Xeyri
Zehni və fiziki işlə məşgul olanlar üçün eq-noq ən faydalı içki hesab edilir. O fiziki və zehni yorğunluğu aradan qaldırmaq qabiliyyətinə malikdir. Eq-noqun qidalılıq dəyəri çox yüksəkdir. Ağır xəstəliklərdən, cərrahi əməliyyatlardan sonra orqanizmin gücünü bərpa etməsi üçün eq-noq içmək çox faydalıdır. Bəzi ölkələrdə qeysəriyyə əməliyyatından 2 gün sonra zahı qadınlara eq-noq kokteyli içirilir. Bu kokteylin tərkibində olan amin turşuları hormonların ifrazını artırır, fol turşusunun əmələ gəlməsi prosesini sürətləndirir. Mütəxəssislər hamiləliyin ilk üçaylığında eq-noq içməyin uşaq və ana üçün faydalı olduğunu söyləyirlər.
Eq-noqnın Ziyanı
Hamilə, uşaq əmizdirən qadınlara, sükan arxasında olanlara və 18 yaşadək olan uşaqlara alkohol əlavə edilmiş eq-noqdan istifadə etmək məsləhət görülmür. Yumurtaya və laktozaya qarşı allergiyası olanlara eq-noq içmək tövsiyə edilmir. Xəstə toyuğun yumurtasından hazırlanan kokteyl qida zəhərlənmələrinə səbəb ola bilir.
Orqanik.az