Epilepsiya barədə bunu hamı bilməlidir – Həkim DANIŞIR

“Epilepsiya xroniki xəstəlik olaraq epilepsiya tutmaları ilə müşayiət olunur. Epilepsiya tutması sinir sistemindəki bir qrup sinir hüceyrəsində müəyyən müddət ərzində sinxron həyəcanlanmanın olması nəticəsində baş verir”.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinin həkim-nevroloqu Vəfa Babayeva deyib.

Həkimin sözlərinə görə, epilepsiya qısamüddətli beyin funksiyasının pozulması ilə əlaqədardır və beyin hüceyrələrində müvəqqəti anormal elektrik yayılması nəticəsində meydana gəlir:

“Bəzi epilepsiya növləri eyni vaxtda və ya ardıcıl olaraq baş verə bilər ki, bu da insanlarda bir çox əlamət və simptomların yaranmasına səbəb olur. Simptomların müddəti bir neçə saniyədən 15 dəqiqəyə qədər dəyişə bilər. Xəstəliyin bəzi simptomlarını da bilmək vacibdir, çünki onlar epileptik tutmadan əvvəl baş verə bilir:

– birdən güclü qorxu və narahatlıq,

– ürəkbulanma və başgicəllənməsi,

– görmədə dəyişikliklər və baş ağrısı,

– ayaqların və əllərin hərəkətlərində qismən nəzarətin itməsi.

Sözügedən hallardan sonra baş verən müxtəlif simptomlar bir insanın epileptik tutma keçirəcəyini göstərə bilir:

– köpüklü ağız və ağızda qəribə bir dad,

– dili dişləmək və dişlərin sıxılması,

– sürətli göz hərəkətlərinin qəfil başlaması,

– qəribə səslər çıxarmaq,

– qəfil əhval dəyişikləri və s”.

Vəfa Babayeva bildirib ki, epilepsiya xəstəliyinin yaranmasının bütün hallarda əsas səbəbini dəqiq müəyyən etmək mümkün deyil:

“Doğuş travmaları, əvvəlki qəzalarla bağlı kəllə-beyin travmaları, irəli yaşlarda beyin damarlarında görülən damar anomaliyaları, yüksək hərarət xəstəlikləri, qan şəkərinin həddindən artıq azalması və beyin iltihabları epilepsiya xəstəliyinə meyililiklə bağlı səbəblərdəndir. Diaqnoz qoymaq üçün məlumat toplamaq məqsədilə qan analizi, elektrokardioqram, elektroensefaloqram, KT (kompüter tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiya) və s. müayinələr aparılır.

Tutmaları başladan ən geniş yayılmış stimullaşdırıcı amillər isə yorğunluq, yuxusuzluq, stress, alkoqol qəbulu, kofein və sintetik qidalar, kəskin günəş şüası, dərmanların vaxtında qəbul olunmamasıdır.

Epilepsiya xəstəsi olan insanların çoxu epilepsiya əleyhinə dərmanlarla müalicə edilə bilər. Dərmanlar tutmaları dayandırmaq üçün nəzərdə tutulub. Buna görə dərmanların müntəzəm istifadəsi vacibdir. 3 il ərzində epilepsiya əleyhinə müalicə alaraq xəstədə heç bir epileptik tutma olmursa və EEQ müayinə metodu bunu təsdiqləyirsə, xəstənin dərmanlarını həkim məsləhəti ilə dayandırmaq mümkün olur.

Dərman terapiyası xəstələrin əksəriyyətində təsirli olsa da, bəzi xəstələrdə gözlənilən effekti verməyə bilər. Bu zaman isə xəstələrdə epilepsiyaya səbəb olan əsas vəziyyətə görə cərrahi müalicələr tətbiq oluna bilər”.

Həkim-nevroloq epileptik tutmalar zamanı ilkin yardımdan da bəhs edib:

“İlk olaraq xəstənin bir tərəfində diz çökmək, öz tərəfinizdəki qolunu ovuc səthi yuxarıya baxmaq şərtilə başına paralel istiqamətdə dirsəkdən 90° bucaqla bükmək, əks tərəfdəki əlini gətirib öz tərəfinizdən başının altına qoymaq lazımdır. Sonra onun əks tərəfdəki dizini qatlayıb öz tərəfinizə keçirin və xəstəni özünüzə tərəf böyrüüstə uzatmaq, xəstənin başını tutaraq çənəsini bir əl ilə yuxarı qaldırmaq lazımdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.