Ekvadorda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Orqanik.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Twitter” səhifəsində deyilir.
“Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə ilk yoluxma halının müəyyən edildiyini təsdiqləyir. Bu 30 yaşlı kişidir. Xəstənin vəziyyəti stabildir, o, eləcə də təmasda olduğu şəxslər Quyas əyalətində təcrid olunublar”, – deyə Nazirlikdən bildirilib.
Orqanik.az