Kartof suyunun tərkibindəki vitaminlər, kalium, mis və kükürd sayəsində bir çox dəri-saç problemlərini aradan qaldırdığını bilirdiniz?
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, bu məhlula yaşdan irəli gələn qırışları aradan qaldıra, dərini daha təravətli edə bilərsiniz.
Bunun üçün kartof suyunu zeytun yağı ilə qarışdırın. Göz ətrafı və boynunuz daxil olmaqla üzünüzə çəkin.
Əgər daha parlaq dəri əldə etmək və ya tonunu açmaq istəyirsinizsə, kartof suyuna limon suyu əlavə edib cildinizə çəkin. Bu tərkib həm də ləkələri müalicə edəcəkdir.
Kir və yağla dolu məsamələri təmizləmək üçün isə bu suya bir qaşıq soda əlavə edin. Gözdəki şişkinliyi aradan qaldırmaq üçün kartof suyuna xiyar suyu əlavə edib göz qapaqlarına və ətrafına çəkib 15 dəqiqə gözləyin. Bu şişlə yanaşı bütün yorğunluğu da aradan qaldıracaq.
Orqanik.az