Dəri absesi

Dəri absesi dəri və dərialtı toxumanın irinli-iltihabi xəstəliyidir. Bu patalogiya bakterial infeksiyanın dəri vasitəsilə daxil olub, dərialtı toxumanın zədələnməsi ilə xarakterizə olunur. Abses dərialtı zədələnmiş nahiyəni və ərtaf toxumanın zədələnməsi ilə müşayət olunur. Absesin inkişaf etməsi və orqanizmə zərər vurması isə orqanizmin müdafiə qüüələrindən asılıdır. Absesin membran toxumasnın iltihabi nekrotik zədəyə uğraması yaxın nahiyədə yerləşən limfa düyünlərinin şişməsinə və ağrılı olmasına səbəb olur. Bu limfdenit və limfanqiit səbəbli baş verir.

Dəri absesi ağrılı şişkinlik olub, qızartı və daxilində iltihabi maye ilə dolu olur. Dəridə istiliyin olması isə absesin əsas əlamətlərindən biri sayılır.
Dəri absesi dəridən bakteriyanın daxil olması nəticəsində baş verir. Bakteriyalar isə dərinin az miqdar tamlığı pozulduqda belə dərialtı toxumaya daxil ola bilir.  
İnfeksiyanın daxil olması frunkul, irinli-qanlı maye, kapsullaşmış maye şəklində iltihab ocaqları əmələ gətirə bilir. Abseslər ən çox şəkərli diabet, immundefisit xəstəliklər zamanı, mədə-bağırsaq sisiteminin pozulmalarında, qaraciyər və böyrək xəstəlikləri zamanı meydana çıxır.

Dəri absesi özünü dəridə qızartı, istilik, ağrı və fluktasiya simptomu ilə biruzə verir. Dəridə hiperemiyalaşma, yaxın məsafələrdə yerləşən limfadüyünlərinin böyüyüb ağrıması, bədən tempratururnun yüksəlməsi, zəiflik və baş ağrıları da dəri absesinin orqanizmdə əmələ gətirdiyi patoloji əlamətlərdən biridir. Absesin ölçüsündən asılı olaraq qanda leykositlərin miqdarı da artmış olur.
Absesin müalicəsi cərahi yolla aparılır. Əməliyyat vasitəsilə yaranın açılması və irinin xaric olması xəstəliyin əlamətlərini yüngülləşdirir. Müalicə məqsədilə yaranın antiseptik məhlulla yuyulması, antibiotik qəbulu xəstəliyin sağalmasının sürətləndirir.
Müalicə zamanı stafilokokk anatoksini, xüsusi qamma qlobulin və vitaminlərdən istifadə edilir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.