Düyünlü zob xəstəliyi nədir?

Boğazda əllə hiss olunan törəmə, səsdə dəyişiklik, kəskin arıqlama və ya kökəlmə, saç tökülməsi, halsızlıq, yorğunluq kimi əlamətlər varsa, insanların ağlına gələn ilk ehtimallardan biri də ur, yəni qalxanabənzər vəzinin xəstəliyidir.

Bu xəstəliyin yaranma səbəbi, əlamətləri və müalicəsi barədə Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Elnur Pirəliyev tövsiyələrini bölüşüb.

Qalxanabənzər vəzi xəstəlikləri hormonal sistem üzərindən təsirini göstərir. Əgər qalxanabənzər vəzidə nödül dediyimiz düyünlər olarsa, bu, düyünlü urdur. Bəzi xəstələrdə düyünlər çox sayda və böyük olduğundan bu insanların boynunda şişkinlik hiss edilə bilir. Həmçinin əgər bu düyünlər daha çox hormon ifrazına səbəb olarsa, ürək döyüntüsündə artım, əllərdə tərləmə, istiyə dözümsüzlük, saçlarda tökülmə, çəki artıra bilməmək və gözlərdə bərəlmə kimi şikayətlər müşahidə olunur.

Eyni zamanda, qalxanabənzər vəzidəki düyün səs sinirinə, yemək borusuna, nəfəs borusuna basqıya səbəb ola bilər ki, bu zaman da səsdə qalınlaşma, gecə yatarkən xorultulu nəfəs almaq, udqunarkən çətinlik çəkmək kimi hallar ortaya çıxar. Bu şikayətləri olan insanlar qalxanabənzər vəzidə düyün olduğundan şübhələnə bilər. Belə hallarda isə insanların atacağı ən doğru addım ya endokrinoloqa, ya da endokrin cərrahına müraciət etməkdir. İlk mərhələdə qanda tiroid hormon analizlərinə baxılır və boyunun ultrasəs müayinəsi olunur.

Düyünlü ur adətən ağrı vermir. Ancaq düyünün ölçüləri çox böyük olarsa, bu zaman ətraf toxuma və orqanlara mexaniki basqıya səbəb olaraq ağrı verər. Başqa bir halda isə, tiroid düyününün öz içinə qanama verməsi nəticəsində ağrı ola bilər. Bəzən düyünlü uru olan xəstələrdə bu, boğaz ağrısı, tonzillit, faringit kimi boğazın başqa xəstəlikləri ilə qarışır ki, bu da xəstələrin yanlış müalicə almağına səbəb olur. Ona görə də, 3 həftədən uzun çəkən, təkrarlanan və müalicə ilə keçməyən boğaz ağrıları olan xəstələrin mütləq endokrinoloqa müraciət etmələri məsləhət görülür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.