Uşaq vaxtı bizi çox duz yeməyə qoymazdılar. Hətta duzun ağ ölüm olması barədə deymlər də var. Mütəxəsislər də çox duz qəbul etməyi sağlam həyat tərzinə zidd olduğunu qeyd edirlər. Duzun faydaları və zərərləri barədə çox söyləntilər var.
Qədim zamanlarda az miqdarda duzu müalicə məqsədilə qəbul edərlərmiş. Qədim əlyazmalarda duzun az miqdar qəbulunun hətta bəzi xəstəliklər zamanı faydalı olduğu deyilir və bəzi xəstəliklər zamanı tətbiq edilirdi. Bu isə ən çox özünü su ilə duzu balanslaşdıran zamanlarda göstərir.
Mütəxəssislər orqanizmin gündəlik duza olan təlabatının yarım çay qaşığı olduğunu söyləyirlər. Yarım çay qaşığı duzun müqabilində isə orqanizm təmiz halda 2 litr su qəbul eləməlidir. Qeyd edilən normadan az və ya çox duzun qəbulu orqanizm üçün patoloji əlamətlərin meydana gəlməsinə səbəb olur. Su-duz mübadiləsinin pozulması isə orqanizmin turşu-öd balansının da pozulmasına səbəb olur.
Su-duz mübadiləsinin pozulması orqanizmin oksigenə olan təlabatını korlayır və ağır xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Duz asmatik pristuplarıda faydalı olur. Bunun üçün 2 stəkan su içib sonra da dilin üstünə bir-neçə duz dənəsi qoyub sormaq lazımdır.
Mədədə gərginlik və ağırlıq hissinin olması orqanizmdə duz çatışmazlığından baş verə bilir. Duzun çatışmazlığı orqanizmdə həzm sisteminin pozulmasına səbəb olan faktorlardan biri sayılır. Mütəxəssislər az mqdarda duz sormağın varikoz xəstəliklərini müsbət təsir etdiyini söyləyirlər.
Duzlu su ilə qarqara eləmək angina xəstəliyinin əlamətlərini aradan qaldırır.
Burun boşluğuna duzlu su tökmək haymorit xəstəliyinin əlamətlərini aradan qaldırır.
Duzlu su ilə saçları yuduqda saçların dibi möhkəmlənir və saç tökülmələrinin qarşısı alınır. Duzlu su saçların diametrinin də böyüməsinə və uzanmasına yardım edir.
Orqanik.az