Dünyaca məşhur “Forbes” jurnalı hamının mütləq yeməsi vacib olan 10 qidanın adını açıqlayıb
1. Nar.
Güclü antioksidantdır, qan təzyiqini normallaşdırır, damarları qoruyur və xərçəng hüceyrələrinin əmələ gəlməsini ləngidir.
2. Alma.
Ağciyər xərçəngi, astma və şəkər xəstəliklərində orqanizmə faydası böyükdür. Tərkibində olan K vitamini sayəsində orqanizmi möhkəmləndirir. Yeməkdən 30 dəqiqə əvvəl yeyildiyi zaman iştahı azaldır.
3. Fındıq, fısdıq, qoz, badam.
Mütəxəssislər sağlam yaşamaq istəyən insanların həftədə ən az 5 dəfə 25 qram qoz-fındıq yemələrini məsləhət bilir. Bu onlarda ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olur.
4. Yemişan.
Yemişan orqanizmi xərçəng xəstəliyindən qorumaq qabiliyyətinə malikdir. O arterial təzyiqi aşağı salır, yaddaşı möhkəmləndirir.
5. Yumurta.
Yumurta dünyanın ən təbii və zərərsiz qidasıdır. Yumurtanın tərkibi proteinlə zəngin olsa da, kalori dəyəri aşağıdır. O beyin hüceyrələrinin qoruyur və gözə çox faydalıdır.
6. Mal əti.
Mal əti omeqa3 yağı ilə çox zəngindir. Protein və B12 ilə zəngindir. Orqanizmin müqavimətini artırır.
7. Süd.
Vitamin, mineral və orqanizm üçün lazım olan bakteriyalarla zəngindir. Tərkibində olan kalsium sümük sisteminin möhkəmlənməsində böyük rol oynayır.
8. Brokkli kələmi.
Orqanizmi toksinlərdən qoruyur, mineral və vitaminlərlə zəngindir. Orqanizmi xərçəng hüceyrələrinə qarşı qoruyur.
9. Lobya-paxla.
Şəkər və ürək-damar xəstələri üçün çox faydalıdır. Gün ərzində 25-30 qram yemək tövsiyə edilir.
10. Qızıl balıq.
Qızıl balıq ən yaxşı anti-aging qida sayılır. Tərkibi omeqa3 yağı ilə zəngindir. İnsanın qanında şəkərin normallaşmasına səbəb olur. Qızıl balıq insanın əsəb sistemini sakitləşdirir və beynini qidalandırır.
Orqanik.az