Çində dünyanın ən gənc Alzheymer xəstəsi təsbit edilib.
Orqanik.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Pekin şəhərindəki xəstəxanalardan birində diaqnozu qoyulan xəstənin 19 yaşı var.
Həkimlərin sözlərinə görə, bu, əsasən yaşlılarda rast gəlinən xəstəlikdir. Bildiriblər ki, 19 yaşlı gəncdə Alzheymerin aşkarlanması hazırda tibb üçün nadir göstəricidir.
Orqanik.az