Yoluxucu xəstəliklərin sayının artması ilə əlaqədar mütəxəssislər dünyada antibiotik qıtlığının yarandığını qeyd edirlər.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı dərman təchizatı qrupunun rəhbəri Liza Hedman deyib.
35 ölkənin 80%-də “Penisilin” əsaslı preparatların çatışmazlığı müşahidə olunur.
Məsələn, ABŞ və Kanadada “Amoksisillin” qıtlığından şikayətlənirlər. Aİ ölkələrinin böyük əksəriyyəti – 27 ölkədən 25-i həmçinin belə bir problemlə üzləşdikləri barədə məlumat veriblər.
Kiçik ölkələrdə bununla bağlı vəziyyət barədə daha az məlumatlar daxil olur. Amma buna baxmayaraq bu dövlətlər daha çox zərər çəkə bilər. Xüsusən də onların milli valyutası ucuzlaşıbsa və dərmanları açıq bazardan almaq məcburiyyətindədirlərsə, bu problem daha böyük ola bilər.
Orqanik.az