Dünyada ərzaq böhranı payızdan hiss olunacaq – Bu ölkələr risk altındadır!

Dünya payıza doğru ciddi istehlak malları qıtlığı ilə toqquşa bilər.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, bunu dünya maliyyə məsələləri üzrə dosent, ekspert Lazar Badalov bildirib.

“Avropada, dünyada enerji resurslarının qiyməti kəskin bahalaşandan sonra taxıl məhsullarının defisiti ilə payıza doğru dünya, xüsusən Avropa, Şərqi Asiya ciddi böhranla üz-üzə gələcək.

Avropanın sanksiyalarının təsiri indi bilinmir, çünki dövlətlərin 1 illik ehtiyatı var. Avropa Rusiya qazından, neftindən imtina edərsə, Avropa, Afrika və Şərqi Asiya ölkələri ciddi defisitlə mübarizə aparmalı olacaq.

İndi çox siyasətçilər ölkələrindəki iqtisadi problemləri Ukraynadakı vəziyyətlə əlaqələndirir, lakin bunun birbaşa Rusiyaya sanksiyalardan qaynaqlandığını etiraf etmək istəmirlər.

Bunu etiraf etməsələr də anlayırlar. Hazırda ən böyük zərbə neft-qaz sektoruna düşüb, qiymətlər bir azdan tarixi rekord nöqtəyə çatacaq.

Qeyd edim ki, hələ neft və qazın dünya bazarına çıxarılmasında azalma yoxdur. OPEC belə bir qərar versə, enerji resursları bahalaşacaq, bu da qida sənayesini çıxıılmaz dalana salacaq.

Əsl böhran payızda hiss olunacaq. Afrika və Asiyanın yoxsul ölkələri üçün ölüm-dirim savaşı olacaq” – deyə Badalov deyib.
Yunanıstan, İtaliya, İspaniya, kiçik Avropa dövlətləri, Polşa, Sloveniya yüksək miqdarda borclanacaq. Afrikanı payızdan qışa doğru dəhşətli aclıq gözləyir. Bu ac, yoxsul insanların Avropaya miqrasiyasına səbəb olacaq.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.