Dünya bu bəladan xilas olur: dərman tapıldıVolter Rid adına milli hərbi-tibb mərkəzinin tədqiqatçıları dünyanı xilas edəcək ixtiraya imza atıblar. “Journal of Medicinal Chemistry” xəbər verir ki, onların yaratdığı dərman heroinin təsirinin qarşısını alır.
Kəşf edilmiş dərman artıq laboratoriyada heyvanlar üzərində sınaqdan keçirilib. Dərmanın verdiyi nəticə artıq Dərman Kimyası Jurnalında dərc olunub.
Dərman bədənə daxil olandan sonra bədəndəki maddələrlə reaksiyaya girir, opioid molekullarının. Bu dərmandan istifadə edən narkoman, hansı miqdarda narkotik istifadə etməsinə baxmayaraq, heç bir psixoaktiv təsirə məruz qalmır.
Tədqiqatçılar bildirir ki, yeni kəşf edilmiş dərman nəinki heroinin, eləcə də digər opioidlərin beyinə təsir göstərməsinin qarşısını alır.
Sınaqların başa çatması üçün tədqiqatçılara bir neçə il lazım olacaq.
Qeyd edək ki, 2016-cı ildə Amerikada narkotik maddələrdən 63,3 min nəfərdən çox adam ölüb. Bu, 2015-ci illə müqayisədə 21 faiz çoxdur.
Orqanik.az