Ümumdünya Səhiyyə Təşkilatı Çin hökumətinə müraciət edib.
Müraciətə səbəb dekabrın əvvəlindən bəri yoluxma sayının açıqlanmamasıdır. Belə ki, informasiyanın gizli saxlanılması barədə ardıcıl ittihamlardan sonra hökumət dekabrın əvvəlindən təxminən ölkədə 60 000 min nəfərin ölüm xəbərini təsdiqləyib.
Bu barədə AP yazıb. Şənbə günü infeksiyaların artmasına və həddindən artıq dolu xəstəxanalara baxmayaraq, səlahiyyətli orqanlar dekabr ayında antivirus məhdudiyyətlərini qaldırdıqdan sonra ölənlərin sayı barədə ilk rəsmi məlumatı açıqlayıblar.
Hökumət dekabrın 8-dən yanvarın 12-dək COVID-19-un yaratdığı tənəffüs çatışmazlığından 5503 nəfərin, xərçəng, ürək xəstəliyi və COVID-19-la əlaqəli digər xəstəliklərdən isə 54435 nəfərin öldüyünü bildirib. Ancaq narahatlıq var ki, ölənlərin əksəriyyəti COVID-19-dan vəfat edib, lakin Çin hökuməti virus yayıldığı ilk zamanlarda olduğu kimi indi də bu xəbəri gizlədir.
Nəticədə, ÜST və digər hökumətlər əsl vəziyyətlə bağlı Çindən məlumat istəyib. ABŞ, Cənubi Koreya və digər ölkələr Çindən gələn ziyarətçilərə nəzarəti gücləndirib.
ÜST-nin bəyanatında deyilir ki, Çinin son elanı epidemioloji vəziyyəti daha yaxşı başa düşməyə imkan verir. Bu barədə iradlarını ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus səhiyyə naziri Ma Xiaowei ilə telefon danışığı zamanı da ona çatdırıb.
“ÜST bu təfərrüatlı məlumatı bizimlə və ictimaiyyətlə paylaşmağa davam etməyi xahiş edib”, – açıqlamada deyilir.
Çinin Milli Səhiyyə Komissiyası yalnız xəstəxanalardakı ölümlərin hesablandığını, yəni evdə ölənlərin sayılmayacağını bildirib. O, yenilənmiş məlumatların nə vaxt açıqlanacağını və ya ümumiyyətlə açıqlanıb-açıqlanmayacağını bildirməyib.
Çinin dövlət səhiyyə sektoru dekabrın 23-dən yüksək hərarət şikayəti ilə klinikalara müraciət edənlərin gündəlik sayının 83% azalmasına əsaslanaraq, milli fövqəladə vəziyyətin qüvvədən düşdüyünü elan edib.
Lakin son elan Çində COVID-19-dan rəsmi ölüm sayını iki dəfədən çox artırıb. Nəticədə xəstəliyin 2019-cu ilin sonunda Vuhan şəhərində aşkar edilməsindən bəri ölənlərin sayı 10775-ə çatıb.
Xatırladaq ki, Çin rəsmi məlumatlarında yalnız sətəlcəm və ya tənəffüs çatışmazlığından ölümləri hesablayır. Başqa sözlə, bu hesabata digər ölkələrdə virusla əlaqəli ola biləcək bir çox ölüm daxil edilmir.
Orqanik.az