Donvurma

I dərəcəli donvurma
II dərəcəli donvurma
III dərəcəli donvurma
IV dərəcəli donvurma
Donvurma – aşağı temperaturun təsiri altında dəri və dəri altı toxumaların zədələnməsidir. Donvurma qan dövranının pozulması üzündən baş verir. Xırda qan damarlarının spazmı nəticəsində qan dövranı tam dayana bilər. Çox vaxt əl və ayaq barmaqları, qulaqlar, yanaqlar və burunun ucu donvurmaya məruz qalır.

I dərəcəli donvurma: rəngin ağarması, dərinin həssaslığının aşağı düşməsi və ağrı ilə başlayır. Bir müddətdən sonra bədənin don vurmuş hissəsindəki dəri tamamilə həssaslığını itirir, ağrı isə kəsilir. Don vurmuş yer isidildikdən sonra şiddətli ağrı baş verir. Qızartı və şiş əmələ gəlir.

Yardım: Əgər şaxtada uşağın yanaqlarında ağ ləkələr əmələ gəlmişsə və ya uşaq barmaqlarının ucunu hiss etmirsə, onda don vurmaya qarşı tədbirlər görmək lazımdır. Bədənin soyumuş hissəsindəki qan dövranını soyuqdan ağarmış yeri yun əlcək və ya yun şərf ilə sürtməklə bərpa etmək olar. Bu məqsəd üçün qardan istifadə etmək olmaz, belə ki, kiçik buz parçaları dərini cızar, əridikdə isə dərinin səthində soyuq su kütləsi əmələ gətirər.

II dərəcəli donvurma : zahiri cəhətdən birinci dərəcəli donvurma kimi görünür, lakin don vurmuş yer isidildikdən sonra şiş dərialtı birləşdirici toxumaya da yayılır. Dəri tünd qırmızı-göyərmiş rəng alır. Don vurmuş nahiyədə içərisi şəffaf və ya qanlı maye ilə dolu suluqlar əmələ gəlir. Bu əlamətlər 2-3 həftədən sonra yox olur. Don vurmuş yer soyuğa həssas olaraq qalır.

III dərəcəli donvurma : uzun müddət soyuqda qaldıqda baş verir. Don vurmuş yer isidildikdən sonra ağrı və şiş daha kəskin şəkildə olur. Keyləşmə təkçə dəri və dərialtı birləşdirici toxumaya deyil, habelə əzələlərə də yayılır. Don vurmuş yer göy-tünd qırmızı və ya qara rəngə çalır. Sağalma uzun müddətdən sonra baş verir.

IV dərəcəli donvurma : keyləşmə bütün yumşaq toxumaları və sümüyü əhatə edir.

Yardım: II, III və IV dərəcəli donvurma zamanı bədənin soyumuş nahiyyəsini tez bir şəkildə isitmək olmaz, belə ki, bu zaman yalnız dərinin üst qatları isinmiş olur. İsinmə xaricdən deyil, daxildən tədricən baş verməlidir. Bədənin soyumuş yerlərinə isti hava, isti su və hətta isti əllərin təsiri zərərli ola bilər. Soyuğun təsiri altında bədənin zədələnmiş hissəsinə istilik keçirməyən sarğı – yun ( corab və ya əlcək olar), pambıq-cunayı sarğı qoyurlar. Əl və pəncə barmaqlarının tərpənməzliyini təmin etmək məqsədilə istilik keçirməyən sarğının üstündən taxta lövhəcik, faner parçası və ya qalın karton bərkidirlər. Bu zaman pəncə 90 dərəcə bucaq altında olmalıdır, əl isə açılmış vəziyyətdə olmalıdır. Bu ondan ötəridir ki, qan dövranı bərpa ediləndən sonra qan sızmanın qarşısı alınsın. Uşağı isti otaqda yerləşdirirlər, içməyə isti çay və ya kofe verirlər. Don vurmuş əl-ayaqda qan dövranının bərpa olunması əlamətləri meydana gəlməyənə qədər (barmaqlarda həssaslığın bərpa olunması, barmaqlarda sancma hissi və istiliyin əmələ gəlməsi ) istilik keçirməyən sarğını çıxartmırlar. Əgər bədənin don vurmuş nahiyəsində həssaslıq bərpa olunmursa və ya səthdəki toxumalarda ciddi zədə gözə dəyirsə uşağı tez xəstəxanaya çatdırmaq lazımdır. Ayaqqabı buz bağladıqda (şaxtalı havada ayaqları soyuq suya saldıqdan sonra) onları isti otaqda çıxartmaq lazım deyil. Zərər çəkən şəxsin ayaqlarını ədyalla bürümək və onu təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.