Donuz ürəyi insana narkotiklə köçürüldü

Amerikalı mütəxəssislər dünyada ilk dəfə xəstə insana GMO (genetik modifikasiya edilmiş orqanizm) donuz ürəyini transplantasiya etmişdilər. Merilend Universitetinin tibbi mərkəzinin ürək ksenotransplantasiyası (bir bioloji növün orqanizmindəki orqanların, toxumaların və ya orqanoidlərin (süni şəkildə yetişdirilmiş orqanlar) digər bioloji növün orqanizminə transplantasiyası) şöbəsinin direktoru Muhammad Mohiuddin sözügedən əməliyyata rəhbərlik edib. İndi isə Muhammad Mohiuddin əməliyyatın uğurla yekunlaşmasına şərait yaratmış əsas sirri açıqlayıb. Onun sözlərinə əsasən bu qəliz və uzunmüddətli əməliyyat çərçivəsində GMO donuz ürəyinin dayanmaması üçün mütəxəssislər əsas tərkib hissəsi kokain olmuş narkotik kokteyldən istifadə ediblər.

Əməliyyat zamanı sözügedən narkotik kokteyldən istifadə etmək üçün mütəxəssislər ABŞ Narkotiklərlə mübarizə idarəsindən xüsusi icazə almalı olublar. Xüsusi icazənin alınmasından sonra mütəxəssislər kokain tərkibli narkotik kokteyli ürəyə yeridiblər ki, onun fəaliyyəti ani olaraq dayanmasın. “Daha əvvəllər biz, kokain iştirakı ilə olan üsuldan istifadə edən zaman ürəyin çalışmasındakı problemlər 48 saat ərzində yaranırdılar. Lakin biz, kokain tərkibli narkotik kokteyli birbaşa ürəyə yeritdiyimiz zaman ürək daha tez döyünür və daha yaxşı vəziyyətdə qalırdı” – deyə Muhammad Mohiuddin qeyd edib.

Məlumata əsasən kokain tərkibli narkotik kokteyl İsveçin XVIVO adlı əczaçılıq şirkətinin mütəxəssisləri tərəfindən yaradılıb. Sözügedən kokteyl narkotik vasitələrdən əlavə olaraq kortizol və adrenalin kimi digər maddələrdən də ibarətdir. İndiyənə kimi kokainin ürək fəaliyyətinin normada qalmasında ən yaxşı üsul olmasının səbəbi bilinmir. Lakin mütəxəssislər dəqiqliklə deyə bilərlər ki, narkotik vasitələr olmadan xəstə insanın orqanizmi GMO donuz ürəyini ani olaraq rədd edə bilərdi. “Əgər biz bunu etməsəydik, pasientin orqanizmi tərəfindən ürəyin rədd edilməsi bir neçə dəqiqə ərzində baş verə bilərdi. Nəticədə GMO orqan lazımsız olacaqdı” – deyə mütəxəssis qeyd edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.