Dodaqda quruluq, çatlar, qızartı, qaşınma nəyin əlamətidir?

İnsanların bir çoxu fəsildən asılı olmayaraq dodaq quruluğundan əziyyət çəkirlər. Belə hallarda bəzən qızartı, çatlar da müşahidə edilir.

Dodaqlarda bu problemlər nədən yarana bilər?

Orqanik.az. e-tibb.az-a istinadən bildirir ki, dermatoloq, uzman həkim Mehdi İskəndərli dodaqda quruluq səbəbi ilə həkimə müraciət edən dəri xəstələrin sayının olduqça  çox olduğunu bildirib. Onun sözlərinə görə, müraciət edən xəstələrdə adətən dodaqlarda qabıqlanma və qaşıntı əlamətləri, bəzilərində əlavə olaraq dodaqlarda qızartı şikayətləri də olur. Dodaq kənarlarında ağrılı çatlar quru dodaq problemi ilə üst-üstə düşə bilər. Belə xəstələrdə qidalanma zamanı dodaqlarda ağrı, yanma və göynəmə fonunda ümumi diskomfort hissinin yaranması mümkündür.

Həkim vurğulayıb ki, dodaqların quruluğu bir çox ekzogen və endogen səbəbdən yarana bilər. Ekzogen səbəblər dedikdə daxili orqan və sistemlərin patologiyaları fonunda dodaq xəstəlikləri nəzərdə tutulur. Buraya gastroenteroloji, endokrinoloji, revmatoloji, onkoloji, psixiatrik, nevroloji və digər xəstəlikləri aid etmək olar.

Həkim şübhə etdiyi təqdirdə bu cür sistem müayinələrini başlada bilər.

Mütəxəssis qeyd edib ki, dodaqda quruluq səbəbi həm də ekzogen faktorlara bağlı ola bilər. Havada quraqlıq, Günəşin ultrabənövşəyi şüaları, küləkli hava, soyuq hava, mexanki təkrarlanan travmalar və s. aiddir.

Ekzogen səbəblərin çox olduğunu deyən dermatoloq, bildirib ki, bəzi dəri xəstəlikləri birbaşa quru dodaq problemi yarada bilər. Onun sözlərinə görə, ümumiyyətlə, dodaq xəstəlikləri bir çox hallarda dodaqlarla məhdudlaşır.

M.İskəndərli, dodaqların quruması problemi ilə bərabər dodaqlarda şişmə, irinləmə, eroziv yaralar, axıntı şikayətlərinin olduğunu da bildirib və qeyd edib ki, əgər bu əlamətlər yoxdursa o zaman dodaq qurumasının daha bəsit səbəblərdən meydana gəldiyini düşünmək olar.

Dermatoloq bildirib ki, dodaqda quruluq səbəbi nə olursa olsun bu problemin çarəsi var. Səbəb tapıldıqdan sonra hətta dodaq quruluğunun tam müalicəsi belə mümkündür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.