Dodaq boyasının tərkibi

Dodaq boyası… bütün dünyada külli miqdarda satılan, həm gənc, həm də yaşlı qadınların geniş istifadə etdiyi kosmetik məhsul. İndi dodaq boyası qadın seksuallığı və cazibəsi simvolu sayılır.

Qadının gözəlliyinə gözəllik qatan, sağlamlığına isə bir o qədər mənfi təsir göstərən dodaq boyasının nədən və necə hazırlandığından xəbərdarıqmı? Adamlar tərkibini, komponentlərini bilmədiyi malları istifadə edir.

Dodaq boyası nədən hazırlanır?
Orqanik.az “Ailə Həkimi”nə istinadən bildirir ki, dodaq boyasının tərkibi çoxkomponentlidir:
– boyaq maddəsi;
– lanolin;
– sintetik yağ;
– bor turşusu;
– mum.
– sədəfli komponentlər;
– mineral piqmentlər.

Boyaq maddələri
Təbii ki, qadın dodaqlarını qırmızı, bənövşəyi, bordo ya başqa rəngə boyayan məhz boyaq maddələridir.
İndiki bütün boyaq maddələri kimyəvi və zərərli tərkiblidir. Bilməlisiz ki, dodaq boyası nə qədər əlvandırsa, tərkibindəki boyaq maddələrinin miqdarı da o qədər çoxdur.

Lanolin
Lanolin qoyun yunundan hazırlanır və yun yağı adlandırıla bilər. Lanolin sağlamlıq üçün təhlükəsizdir, amma alınma üsulu o qədər də xoşagələn deyil.

Sintetik efir yağları
Sintetik efir yağı dodaq boyasını dodağa çəkməyi asanlaşdırır, dodaq boyasına xoş meyvə ətri verir. Zərəri isə ondadır ki, çox vaxt saxta sintetik yağlar hazırlanır və bu yağlar qadın orqanizmi üçün çox zərərlidir.
Belə bir fikir var ki, sintetik efir yağları qadınlarda bu əlamətlərin yaranmasına səbəb olur:
– Miqren;
– Təzyiqin artması;
– Ürəkbulanma;
– Qusma;
– Baş ağrısı.

Bor turşusu
Bor turşusu zərərsiz deyil və tərkibində toksik maddələr mövcuddur. Dodaq boyasının tərkibindəki bor turşusunun miqdarı çox azdır və orqanizmə böyük zərər vurmur, amma çoxlu miqdarda sağlamlığı poza bilər. Bor turşusu diareya, zəiflik, ürəkbulanma, qarın ağrıları, iştahasızlığa səbəb olur.

Mum
Mum dişləri korlayan, dərini qurudan və kariyes törədən zərərli komponentdir. Qorxulu səslənsə də, mum dodaq boyası üçün yaramayan ən vacib komponentdir.

Təbii ki, dodaq boyasının tərkibi ilə tanış olmaq, heç bir qadını onu almaqdan çəkindirməyəcək. Gözəllik qurban tələb edir ifadəsi də burda yerinə düşər. Amma ən azından dodaq boyası seçərkən tanıdığınız, keyfiyyətinə güvəndiyiniz istehsalçılara müraciət edin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.