Meyvə şirələri seçərkən tərkibində lif olan içkilərə üstünlük verilməlidir.
Orqanik.az xəbər verir ki, bu barədə Moskva şəhər xəbər agentliyinə diyetoloq Yelena Solomatina danışıb. Mütəxəssis izah edib ki, bu liflər şəkərin mənimsənilməsini nəzarətdə saxlamağa kömək edir. O, əsasən sıxılaraq alınan meyvə şirələrinin zərərləri barədə xəbərdarlıq edib. Bu baxımdan, Solomatina onların smuzi ilə dəyişdirilməsini və ya meyvə yeməyi tövsiyə edib.
Bundan əlavə diyetoloq bildirib ki, yüksək qlisemik indeksi (GI) olan qidalar qanda qlükoza səviyyəsində kəskin yüksəlməsinə səbəb olur. Meyvə seçərkən o, xüsusi GI cədvəlinə diqqət yetirməyi tövsiyə etdi. Onun sözlərinə görə, göstəricisi 50-dən çox olan məhsullardan istifadə edərkən diqqətli olmaq lazımdır. (publika.az)
Orqanik.az