Dişlərdə kariesin əmələ gəlmə səbəbləri barədə bir çox tibbi məlumatlat var. Amma, bu məlumatlatın tam düzgün olması öz təsdiqini tapmayıb. Tibbi məlumatlarla birlikdə qədim əfsanələrdə də müxtəlif inanaclar var.
1-ci inanc
Əgər dişlərdə tünd ləkə yoxdursa, deməli karies yoxdur.
Fakt: Dişlərin üstündə ləkələr karies olmasının sübutu deyil. Karies dişin dərin qatlarına kimi nüfuz edən bir xəstəlikdir. Kariesin ilkin mərhələsi diş ağrıları və diskomforta səbəb olur.
Dişlərdə ləkə gördüyünüz zaman karies diaqnozunun yanlıq stomotoloq qoya bilər. Çünki, açıq rəngli ləkə dərinlərə nüfuz edərək kariesin əmələ gəlməsinə səbəb ola bilər.
2-ci inanc
Şirniyyat yeməsəniz karies əmələ gəlməz
Fakt: Karies dişlərə qulluq etmədikdə, şəxsi gigyena qaydalarını saxlamaqdıqa əmələ gəlir. Bu ən çox şirniyyat yedikdən sonra dişləri yumadıqda baş verir. Şirniyyat dedikdə yanlız şəkərin tərkibi nəzərdə tutulmur, buna ketcupun, saqqızın və ya s. tərkibində olan şəkərin miqdarı da daxildir.
3-cü inanc
Dişlərini yuyan diş xəstəliklərindən uzaq olar
Dişlərin gün ərzində 2-3 dəfə yumaq lazımdır. Dişləri tez-tez yumaq isə diş boynunun korlanmasına səbəb olur. Diş boynunun korlanmasına isə ən çox reklamlarda göstərilən ağardıcı diş pastaları səbəb olur. Oların tərkibindəkilər dişlərin ağarmasına səbəb olsa da, korlanmasına da bais olur.
4-cü inanc
Sağlam dişlərin əsas əlaməti onların ağappaq olmasıdır
Fakt: Ağ dişlər dedikdə müxtəlif səbəblərdə ağardılmış dişlər yox, təbii ağ dişlər nəzərdə tutulur. Dişlrin rənginin saralması və tündləşməsi kariesin əmələ gəlməsinin ilkin əlamətlərindən sayılır. Çünki, dişlərin dibində qalan qida qlıqlarının tərkibindəki təbii turşular dişlərin rənginin dəyişməsinə səbəb olur. Bu isə dişlərin təbii mineral təbəqəsinin korlanmasına səbəb olur. Karies məişət yolu ilə də yoluxa bilir. Bu ən çox eyni qaşıqdan istifadə edilən zaman baş verir. Hətta, azyalı uşağın anası uşağın qidasının isitiliyini yoxlamaq məsədilə ağzına toxundurduqda kariesi uşağına yoluxdura bilir.
5-ci inanc
Süd dişlərinin müalicə olunması vacib deyil, onlar daimi dişlərlə əvəz olunacaq.
Fakt: Bütün valideyinlər bu inanca inanaraq uşaqlarını stomatoloq yanına aparmırlar. Bu isə daimi dişlərin də karies xəstəliyinə yoluxaraq böyüməsinə səbəb olur. Kariesin müalicə olunmaması daimi dişlərdə xroniki iltihabi xəstəliklərin, qanaxmanın və ağrıların olmasına səbəb olur.
Dişlərinizin daima sağlam olması üçün azyaşlı uşaqlarınızı stomatoloq məsləhətindən uzaq tutmayın. Unutmayın, ən yaxşı müalicə profilaktikadır!
Oxuduqlarınızı bəyəndinizsə dostlarınızla paylaşıb onları məlumatlandırmağınızı xahiş edirik!
Orqanik.az