Diş kistası

Diş kistası çənədə bərk qişalı boşluqdur. Diş kistası iltihabi maye ilə dolu olan kapsula şəklində olan bir törəmədir. Əgər onun ölçüləri 0,5 mm-dən kiçikdirsə qranuloma adlanır. Böyük ölçülü törəmə oduqda bu, əsil kista adlanır. Rentgen şəkildə kista aydın konturlara malik tünd oval şəklində görünür.
Dış kistasının növləri:
-radikulyar kista – dişin kökündə yaranır. Bu patologiyaya səbəb xroniki, müalicə olunmayan periodontit olur.
-ilkin kista-keratokista adlanır, dişin inkişafı pozulduqda baş verir.
-follikulyar kista dişlərin çıxmayan hissəsinin infeksiyalaşması nəticəsində əmələ gəlir.
-paradental və ya retromolyar kista – ağıl dişinin xroniki iltihabı və ya diş çıxarma zamanı əmələ gələn törəmədir.
-rezidual kista – diş çəkildikdən sonra diş sümüyündə əmələ gəlir.
-diş çıxartmaq kistası – 7-11 yaşlarda uşaqlarda diş çıxartma zamanı yarana bilər.
Səbəbləri:
Əsas səbəbi diş toxumasına infeksiyanın düşməsi nəticəsində olur. Bu vəziyyət dişin kariyesi, dişləri müalcə etmədikdə, diş kanallarını düzgün müalicə etmədikdə, burun-udlağın travma və infeksiyalarında, inkişaf qüsurları nəticəsində baş verir. Kista haymorit nəticəsində də inkişaf edə bilər.
Simptomları:
Uzun müddət kista heç cür biruzə vermir, bu zaman diş toxuması dağılmağa başlayır. Böyümüş kista diş, baş ağrısı verə bilər, ümumi vəziyyət pisləşir, hərarət qalxır, limfa düyünləri böyüyür. Kista xaricdən irinləyir, diş əti şişir.
Ağırlaşmaları:
-abses – irinli ağırlaşma
-flyus – periostuniltihabı
-üzdə və boyunda fleqmona, yumşaq toxumaların iltihabı
-kista nahiyəsində dişlərin tökülməsi
-xosxassəli şişlər
-xərçəng
Müalicə:
Vəziyyətdən asılı olaraq stomatoloq terapevtik və ya cərrahi müalicə aparır. Konservativ müalicədə diş kanalı spesifik dərmanlarla yuyulur və plomblanır. Cərrahi müalicədə diş ətindən kəsik aparılır, sonra sintetik materiallarla əvəz olunur, antibiotiklər təyin olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.