Diş həkiminə gedəndən sonra əl və ayaqlarından məhrum olub

İngiltərə sakini Tom Rey 1999-cu ildə diş həkiminə gedəndən sonra ağır sepsis keçirib və əl və ayaqlarından məhrum olub.

Orqanik.az xarici KİV-lərə istinadla xəbər verir ki, Tom həkimə diş daşlarının təmizlənməsi üçün müraciət edib. Prosedur zamanı həkim təsadüfən Tomun damağını deşib və təhlükəli mikroblar kişinin qanına düşüb. Nəticədə Tomda ağır sepsis inkişaf edib.

Həkimə gələndə Tom xəstə idi, o, qripp infeksiyasına yoluxmuşdur və bu da vəziyyəti daha da ağırlaşdırıb. Virus onun orqanizmini zəiflədib ki, sepsis çox sürətlə inkişaf edib.

Həkimdən çıxdıqdan bir neçə saat sonra Tomun hərarəti kəskin artıb, güclü ürəkbulanması başlayıb. Tom xəstəxanaya çatdırılıb və burada komaya düşüb. Kişi yalnız 3 aydan sonra komadan ayılıb.

Həkimlər ağır vəziyyətdə olan Tomun həyatını xilas etmək üçün onun əl və ayaqlarını və həmçinin ağızın bir hissəini amputasiya ediblər.

Komadan çıxandan sonra zavallı kişi yaxınlarını və həyat yoldaşını tanımırdı. Ona uzunmüddətli reabilitasiya tələb olunub.

Hal hazırda Tom protez əl və ayaqlarından istifadə edir.

Müxtəlif kanallara müsahibə verən Tom insanlara qripp və ona oxşar vəziyyətlərdə diş həkimlərinə getməməyi tövsiyə edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.