Diş ərplərindən təbii yollarla 5 dəqiqədə necə xilas olmaq olar?

Diş ərpləri qida qalıqlarının və bəzi xəstəliklərin ağız boşluğunda əmələ gətirdiyi mikrofloradan əmələ gəlir. Ağız boşluğunun mikroflorasının əmələ gətirdiyi ərpin miqdarı artdıqca isə ağızdan xoşagəlməz iy gəlməklə yanaşı, ağız boşluğunda müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Bu xəstəliklər isə diş əti qanaxmalarına səbəb olur.

Bəzi insanlarda isə diş ərpinin əmələ gəlməsinə siqaret çəkmək, kofe içmək səbəb olur. Diş ərpləri dişlərdə kariesin də əmələ gəlməsinə səbəb olan amillərdən hesab edildiyinə görə onu vaxtaşırı təmizləmək lazımdır. Bunların baş verməməsi üçün iə 6 aydan bir diş həkiminə müraciət etmək lazımdır.

Aşağıdakılara əməl etməklə ev şəraitində diş ərplərindən xilas ola bilərsiniz:
Lazım olanlar:
– Yarım litr su
– 60 qram un şəklinə salınmış qoz qabığı
Hazırlanması:
Qoz qabığından alınmış un suya əlavə edilib qarışdırılır və zəif odun üzərində 10 dəqiqə qaynadılır. Bu zaman diş pastasına bənzər maddə əmələ gəlir. Bu maddə ilə dişləri ayda 2 dəfə 5 dəqiqə yumaq lazımdır.

Yadda saxlamaq lazımdır ki, ağız boşluğunun təmizliyi vacib məsələlərdən biri sayılır. Bu gözəl görüntü ilə yanaşı sağlamlıq baxımından da faydalıdır.
Dişlərdə ərpin əmələ gəlməməsi üçün isə hər dəfə qida qəbulundan sonra ağız boşluğunu yaxalamaq, gün ərzində ən azı dişləri 2 dəfə yumaq lazımdır. Ağız boşluğundakı iyi aradan qaldırmaq üçün isə nanə dəmləməsindən istifadə edə bilərsiniz.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.