Dırnaqların tez-tez qırılması və ya çatlaması bir çox insanın qarşılaşdığı problemdir.
Orqanik.az Axşam.az-a istinadən yalnız yumurta qabığı ilə daha güclü dırnaqlara sahib olmağınıza yardımçı olacaq üsulu təqdim edir.
Yumurta qabığında olan kalsium dırnaqların daha möhkəm və xarici təsirlərə dayanıqlı olmasına yardım edir. Bunun üçün yumurtanı təmiz yuduqdan sonra qabığını içindən ayırın. Tam toz halına gələnə gədər əzin. Daha sonra bir az yumurta ağı və ya balla qarışdırıb dırnaqlarınıza çəkin. 10 dəqiqə gözlədikdən sonra əllərinizi yuya bilərsiniz.
Orqanik.az