Dırnaq yemək vərdişindən necə əl çəkmək mümkündür?

Bəzi insanlar yaşından asılı olmayaraq dırnaqlarını və ya dırnağın yan hissəsində olan əti dişləyib qoparırlar. Bu isə əksər hallarda dırnağın ətraf hisəsində qızartılara və bəzən də ağrılara səbəb olur. Bu xəstəlik deyil, uşaqlıq yaşlarından qalan bir vərdiş hesab edilir. Bəs bu nə zaman baş verir və bu vərdişdən necə xilas olmaq mümkündür?
1. Dırnaq və ya onun ətini dişləyib qoparmaq müəyyən müddət ərzində baş verir. Bu ya dırnaq ətinin sərtləşib adamı qıcıqlandırdığı zaman, ya da əsəbləşəndə olur. Vərdişdən xilas olmaq istəyirsinizsə, o zaman dırnaqlarınızın dibinə təzə qırmızı bibər sürtün.
2. Yanınızda adam olarkən və ya iclasda olduğunuz zaman dırnaqlarınızı yemək istədikdə özünüzə başqa bir işlə məşğul edin. Əlinizə bir vərəq alın və cızma-qara etməyə çalışın.
3. Insanlarin içərisində dırnaqlarınızı yemək vərdişindən əl çəkmək istəyirsinizsə, o zaman barmaqlarınızın başını sabunlayın və yumayın. Əlinizi ağzınıza aparmaq istədikdə o zaman sabunun iyi və dadı buna mane olacaq.
4. Dırnaq yemək vərdişindən xilas olmağın yollarından biri də dırnaqlara lak sürtməkdir. Bu üsulu kişilərdə tətbiq eləmək mümkün deyil, amma kişilər lak yerinə dırnaqlarının dib hissəsinə qırmızı bibər suyu sürtə bilərlər.
5. Dırnaqları kökündən kəsmək də bu vərdişdən xilas olmağın yollarından biridir.
6. Stress səbəbli dırnaqlarınızı yeyirsinizsə, o zaman əsəbləşəndə başınızı qatmağa başqa bir vərdiş seçin. Məsələn, su için, uzanıb yatmağa çalışın və s.
7. İradənizin möhkəmliyini yoxlayın. Özünüzə söz verin ki, bir də dırnaqlarınızı yeməyəcəksiniz, çünki dırnaq dibi ətinizə mikrob düşər və infeksiya əlamətləri meydana çıxa bilər.
8. Əgər siz ev şəraitində dırnaqlarınızı yeyirsinizsə, o zaman ətrafınızda olan yaxın adamlardan siz dırnaqlarınızı yeyən zaman sizin əllərinizə vurmağı xahiş edin. Bu sistematik olaraq təkrarlandıqda, o zaman siz avtomatik olaraq dırnaqlarınızı yeməkdən əl çəkəcəksiniz.
Bu pis vərdişdən doğurdan da əl çəkmək istəyirsinizsə, o zaman dırnaq əti yeməmək barədə məsləhətlərə qulaq asın və əməl edin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.