Ürək və revmatizm kimi xəstəliklərin müalicəsində və sızanaqlara qarşı istifadə edilən bəzi dərmanlar dərini çox həssaslaşdırır. Buna görə də o günəşin təsiri ilə onların dəri xərçəngi riski artır.
Orqanik.az lent.az-a istinadən xəbər verir ki, həkim Ayşe Akbaş bildirib ki, dəri xərçənginin yaranmasında genetik faktorlar və iqlim şəraiti təsirlidir.
Onun sözlərinə görə, dəri xəstəlikləri olan insanlarda xərçəngə tutulma riski daha yüksəkdir:
“Xüsusilə dəri xərçənginə tutulma riski daha yüksəkdir. Uşaqlıq dövründə 6 aydan sonra günəşli yerlərdə yaşayanlar aprel ayından başlayaraq qoruyucu tədbirlər görməlidirlər. Böyüklər mütləq qoruyucu kremlərdən istifadə etməlidirlər”.
Orqanik.az