DİQQƏT! Bu qidaları iftardan yarım saat sonra yeyin

Ramazan ayında bədən sağlamlığınızı qorumaq üçün sahur və iftarda yediyiniz qidalara diqqət etməlisiniz. Xüsusilə iftar vaxtı müəyyən qidaları istehlak etməməlisiniz. 

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, qida üzrə mütəxəssis Vedat Göral bildirib ki, Ramazan ayında düzgün qidalanmamaq bir çox mənfiliklərə səbəb ola bilər.

Onun sözlərinə görə, iftar vaxtı həddindən artıq çox yemək həzmsizlik, şişkinlik, mədə narahatlığı, qəbizlik, yüksək təzyiqin yaranmasına səbəb ola bilər:

“Oruc su və ya xurma ilə açılmalıdır. Daha sonra yarım kasa şorba içilməlidir. Bu zaman bir dilim tam taxıl çörəyi istehlak etmək daha faydalıdır. Qısa fasilədən sonra mümkünsə əsas yeməyə başlanılmalıdır. Xəmir yeməkləri mümkün qədər az istehlak etməli, yeməyi yavaş-yavaş və yaxşıca çeynəyərək yeməliyik. Bundan əlavə, iftar yeməyinə qatıq, ayran, bir neçə dilim tam buğda və ya çovdar çörəyi əlavə edilməlidir. Çay və kofe iftardan ən azı yarım saat sonra içilməlidir. Çay mümkünsə açıq və limonlu olmalıdır. Yeməkdən sonra bitki çaylarına da üstünlük vermək olar”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.