Diqqəti cəmləməyə kömək edən qidalar

Yaddaşda yaranan problemlər və onları necə aradan qaldırmağın mümkün olduğu ilə bağlı məlumat vermişdik.

Orqanik.az Axşam.az-a istinadən bu dəfə sizə daha yaxşı yaddaşa sahib olmağa, diqqəti artırmağa və beyni daha aktiv vəziyyətə gətirməyə imkan verən qidaların siyahısını təqdim edir.

1. Yağlı balıq

Omeqa-3 yağ turşuları beyin fəaliyyəti üçün önəmlidir. Bu yağ turşuları beyin fəaliyyətini artırmaqla yanaşı depressiyadan uzaqlaşmağa, əhval-ruhiyyəni qaldıqmağa və diqqəti fokuslamağa yardımçı olur.

2. Meyvələr

Çiyələk, qaragilə, böyürtkən, tut kimi meyvələr iltihabla virus əleyhinə olmaqla yanaşı Altsheymer və Parkinson xəstəliklərinin qarşısını alır.

3. Qoz-fındıq:

Bu çərəzlər zülal, lif, vitaminlər, antioksidantlar, maddələr mübadiləsinə və ürək sağlamlığına töhfə verən digər fitokimyəvi maddələrlə zəngindir. Ümumiyyətlə, bütün növ çərəzlər özündə xərçəng riskini və xroniki iltihabı azaldan yağ turşularını ehtiva edir. Aparılan araşdırmalarla sübut olunub ki, gündə orta hesabla 10 qram çərəz istehlakı daha sürətli düşünmə, informasiya istehlakı, sürətli cavab tapmaq imkanı təmin etməklə yaddaşı qoruyur.

4. Zəncəfil

Tərkibindəki kurkumin komponenti üzərində aparılan araşdırmalar göstərmişdir ki, bu bitki immuniteti yaxşılaşdırmaq, depressiyadan qorumaq, həzmə kömək etmək, ürək sağlamlığını mühafizə etmək kimi faydaları ilə yanaşı fiziki sağlamlığı da gücləndirir. İltihab, xərçəng, dəri problemləri kimi bir çox xəstəliyi müalicə edən zəncəfil eyni zamanda beynin funksiyalarını qoruyur. Bu da yaddaşı yaxşılaşdırır və beyin hüceyrələrinin artırır.

6. Qəhvə

Kofein beynə bir neçə yolla təsir edir. Bura informasiyanı qəbul edib yadda saxlamaq, vizual diqqəti artırmaq daxildir. Qədərində istifadə etdikdə əhval-ruhiyyəni artıraraq depressiya riskini də azaldır.

7. Tünd şokolad

Tərkibi 70% – 100% saf kakaodan ibarət olan tünd şokolad bədəndə qan axınını və ürək-damar sağlamlığını yaxşılaşdırır. Bununla yanaşı zehni iti saxlayaraq diqqətsizliyi aradan qaldırır.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.