Orqanizmimiz mikroblarla doludur. Mikrobların insan orqanizminə həm xeyri, həm də ziyanı var. Əsas odur ki, mikrobların miqdarı bərabər olmalıdır. İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioz xəstəliyinə səbəb olur.
Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, disbakterioz zamanı normal və atipik mikroflora arasındakı tarazlıq pozulur. Bu xəstəliyə yaşlıların 90 faizində, uşaqlarınsa 95 faizində rast gəlmək mümkündür. Disbakterioz əsasən, nazik və yoğun bağırsaqda aşkarlanır. Nazik bağırsaqda disbakterioz sərbəst yox, hansısa bir xəstəlikdən sonra meydana gəlir. Yoğun bağırsağın disbakteriozu isə normal mikrofloranın müxtəlif səbəblərindən (orqanizmin müdafiə qüvvsinin zəifləməsi, həzm traktı xəstəlikləri, qeyri-düzgün qidalanma) baş verə bilər.
Yenicə doğulmuş körpələrdə disbakterioz xəstəliyinin yaranmasının bir neçə səbəbi var. Onlar arasında ananın körpəni gec əmizdirməsi, bağırsaq funksiyasının yetişməməsi ilkin sıradadır.
Disbakterioz zamanı bağırsaqda candida cinsinə aid olan şərti-patogen göbələkləri çoxalmağa başlayır. Bu zaman kökəbənzər uzun substansiyalar inkişaf edir. Nəticədə, həzm traktı ilə qan damarları arasında sərhəd pozulur və həzm olunmayan zülallar qana keçərək, immun sisteminə təsir göstərir.
Disbakteriozun səbəbləri:
¨ Antibiotiklər
¨ Hormonal dərmanlar
¨ Antidepressantlar
¨ Məbə xorası
¨ Kolit
¨ Konservləşdirilmiş ərzaqlar
¨ Keyfiyyətsiz ət
Disbakteriozun əlamətləri:
¨ İshal
¨ Steatoreya
¨ Çəkinin günü-gündən azalması
¨ Anemiya
¨ İştahasızlıq
¨ Qarında köp
¨ Ağızda xoşagəlməz dad
¨ Ürəkbulanma
¨ Ən ağır halda isə bağırsaq xorası meydana çıxır
¨ Saçların tökülməsi
¨ Aqressivlik
¨ Tez yorulma
Xəstəliyin fəsadları:
Müalicəsiz qalan xəstəlik daha da irəliləyərək, bir çox fəsadlar ortaya çıxarır. Xəstədə ekzema, bronxial astma, qaraciyər sirrozu, şəkərli diabet, allergiya kimi xəstəliklər əmələ gəlir. Hətta müalicəsiz qalan disbakterioz yoğun bağırsaq xərçənginə də səbəb olur.
Profilaktikası:
Spirtli içki qəti qadağandır. Xroniki stres faktorlarından uzaq olmaq lazımdır. Qidalanma rejiminə nəzarət edilməlidir. Süd məhsullarının qəbulu məsləhət görülür. Antibiotik və digər infeksiyaəleyhinə preparatlar qəbul edilməlidir.
Diqqət! Diqqət!
Disbakterioz zamanı yeməkdən sonra çay və ya kofe içmək olmaz. Qətiyyən duza qoyulmuş tərəvəzlər yemə. Çalışın, qızartma yeməklərdən uzaq olun.
Disbakterioz əleyhinə əla vasitə:
¨ Səhər və ya axşam bir diş sarımsaq yemək orqanizmin mikrob balansını tənzimləyir, disbakteriozun qarşısını alır.
¨ Bataqlıq zanbağından 10 qr., tikanlı murdarça qabığından 30 qr., nanə qurusundan 20 qr., gicitkən yarpağından 20 qr., zəncirotu kökündən 10 qr., pişikotu kökündən 10 qr. götürüb qarışdır. Qarışıqdan 1 xörək qaşığı götürüb, 1/2 stəkan qaynar suya töküb dəmlə. Gündə iki dəfə bu dəmləmədən iç.
¨ 20 qr. tikanlı murdarça qabığını, 20 qr. anisi, 10 qr. boymadərəni, 20 qr. sarpet xardalını, 30 qr. biyan kökünü qarışdır. Qarışığın üstünə 1 litr su tök. Məlhəmdən gündə 2 dəfə 1/2 stəkan iç.
¨ Mərsindən, dəmrovotundan, nanədən, qarağat yarpağından, öküzboğandan, qızıl çətirdən eyni miqdarda götürüb qarışdır. Bu qarışıqdan 0,5 litr qaynar suya 2 xörək qaşığı töküb, 1 gecə termosda saxla. Gündə iki dəfə, yeməkdən 30 dəqiqə əvvəl məlhəmdən yarım stəkan iç.
Orqanik.az