Britaniyalı epidemioloq Tim Spektor koronavirus xəstələrində tez-tez təsadüf edilən simptomun şəklini dərc edib. Söhbət dildə olan dəyişikliklərdən gedir.
Orqanik.az xarici KİV-lərə istinadla bildirir ki, həkimin müşahidələrinə görə, xəstələrin bir çoxunda dilin üzərində sarı ərp əmələ gəlir. Həmçinin həkim bildirib ki, xəstələrin ağız boşluğunda tez-tez yaralar yaranır.
Tim Spektor bildirib ki, koronavirus çox hiyləgər xəstəlikdir və özünü müxtəlif və çoxsaylı simptomlarla büruzə verir.
Orqanik.az