Xalq təbabətində dendroterapiya geniş yayılmış vasitədir. Burada müxtəlif ağaclarla müalicə üsulları mövcuddur. Təbiətdə rast gəldiyimiz ağaclar bir çox xəstəliklərdən xilas olmaq üçün əla dərman vasitəsidir.
Orqanik.az Axşam.az-a istinadən bəzi ağacların orqanizmə xeyrini təqdim edir:
Palıd – dəmləməsi beyinin fəaliyyətini gücləndirir.
Şam ağacı – insanı depressiyadan çıxarır. Ürəyin işemik xəstəliyindən əziyyət çəkənlərə şam ağacından uzaq durmaq məsləhətdir.
Akasiya – tonusu qaldırır.
Qızılağac – əsəbləri sakitləşdirir, ağrıları aradan qaldırır.
Başınağacı – stresdən uzaqlaşdırır. Bu ağacdan hazırlanan məlhəm əsasən, qadınlar üçün xeyirlidir.
Orqanik.az