Neyrogen sidik kisəsi sinir sistemini ilə əlaqəli problemlərin sidik kisəsi və sidiyə təsir etdiyi vəziyyətdir. İnsult və Parkinson kimi xəstəliklər neyrogen sidik kisəsi ilə nəticələnə bilər.
Neyrogen sidik kisəsi nədir?
Nevroloji vəziyyətlər sidik kisəsinə təsir etdikdə buna neyrogen sidik kisəsi deyilir. Bu zaman yaranan problemlərin əsas iki növü vardır. İştirak edən sinirlərdən və zədələnmənin təbiətindən asılı olaraq sidik kisəsi ya həddindən artıq aktiv (spastik və ya hiperrefleksiv) və ya qeyri-aktiv (paralitik və ya hipotonik) olur.
Sidik kisəsi nədir?
Sidik kisəsi çanaqda və ya qarının aşağı hissəsində yerləşən içi boş bir orqandır. Sidik kisəsinin əsas iki funksiyası var:
Sidiyi saxlayır
Onurğa beyni və beynimizdən gələn siqnallar vasitəsilə sidiyi bədəndən çıxarır.
Neyrogen sidik kisəsi olan insanlarda sinirlər və əzələlər çox yaxşı işləmir. Nəticədə sidik kisəsi düzgün doldurulmaya və ya boşalmaya bilər. Həddindən artıq aktiv sidik kisəsi ilə əzələlər həddindən artıq aktiv ola bilər, normadan daha tez-tez və sidik kisəsi sidiklə dolmadan əvvəl yığılır. Bəzən sfinkter əzələləri kifayət qədər güclü olmur və tualetə getməyə hazır olmadan sidiyi buraxır, buna sidik qaçırma deyilir.
Digər insanlarda sidik kisəsi əzələsi qeyri-aktiv ola bilər. Sidiklə dolduqda sıxılmayacaq, tam və ya heç boşalmayacaq. Uretra ətrafında sfinkter əzələləri də düzgün işləməyə bilər. Sidik kisəsini boşaltmağa çalışdığınız zaman onlar sıx qala bilər. Bəzi insanlar həm həddindən artıq, həm də qeyri-aktiv sidik kisəsi ilə qarşılaşırlar.
Neyrogen sidik kisəsinin səbəbi nədir?
Neyrogen sidik kisəsi anadangəlmə ola bilər. Neyrogen sidik kisəsinə səbəb ola bilən anadangəlmə qüsurlara aşağıdakılar daxildir:
Spina bifida (mielomeningosele): Bu pozğunluq hamiləliyin ilk ayında dölün onurğa sütunu tam inkişaf etmədikdə baş verir. Mielomeningosele ilə doğulan uşaqlarda tez-tez iflic və ya zəiflik hiss olunur ki, bu da sidik kisəsinin işinə təsir edir.
Sakral agenezi: Bu , onurğanın aşağı hissələrinin olmadığı vəziyyətdir.
Serebral iflic: Serebral iflic , insanın bədən hərəkətlərini və duruşunu idarə etmək qabiliyyətini zəiflədən xroniki (uzunmüddətli) xəstəliklər qrupudur. Bu pozğunluqlar beynin motor sahələrinin zədələnməsi nəticəsində yaranır. Serebral iflicə səbəb olan problem körpə hələ ana bətnində olarkən və ya doğuşdan sonra baş verə bilər. Serebral iflic həmişə uşağın həyatının ilk ilində aşkar edilmir.
Aşağıdakı hallar neyrogen sidik kisəsinə səbəb ola bilər:
- İnsult
- Parkinson xəstəliyi
- Dağınıq skleroz
- Onurğa beyni zədələnmələri
- Onurğa əməliyyatları
- Erektil disfunksiya
- Travma/qəzalar
- Mərkəzi sinir sisteminin şişləri
- Ağır metallarla zədələnmə
Neyrogen sidik kisəsinin əlamətləri hansılardır?
Neyrogen sidik kisəsinin ən çox görülən simptomu sidiyə nəzarət edilə bilməməsidir. Digər simptomlara aşağıdakılar daxildir:
Zəif və ya damla şəklində sidik ifrazı: Sidik kisəsinin qeyri-aktiv simptomları ilə siz yalnız bir az sidik axıda bilərsiniz. Sidik kisəsini tam boşalda bilməyəcəksəniz və ya sidik kisəsini heç boşalda bilməyəcəksiniz (sidik retansiyonu). Bu diabet , dağınıq skeroz, poliomielit, sifilis və ya böyük çanaq əməliyyatı keçirmiş insanlarda baş verə bilər, çünki sidik kisəsi əzələsi lazım olduqda sıxılmaya bilər. Uretra (sidik kanalı) ətrafındakı sfinkter əzələləri də düzgün işləməyə bilər. Sidik kisəsini boşaltmağa çalışdığınız zaman onlar açılmaya bilərlər.
Tez-tez sidiyə çıxma (gündə 8 və ya daha çox): Aktiv sidik kisəsində baş verə bilər.- bu qəfil sidik buraxmaq istəyi hiss etdiyiniz zamandır. Bu hissdən sonra bəzi insanlar sidik sızdırırlar-bir neçə damcı və ya çox miqdarda ola bilər.
Təcililik (təcili sidik çıxarmaq ehtiyacı): Sidik kisəsi əzələləri həddindən artıq aktiv olduğundan və normaldan daha tez-tez sıxıldığından sidik sızması baş verə bilər. Bəzən bu sıxma sidiyin sidik kisəsindən çıxmağa hazır olmadığından sızmasına səbəb olur. Buna sidik qaçırma deyilir. Yalnız bir neçə damcı sidik sızdıra bilərsiniz.Bəzən çox miqdarda sidik ifraz edə bilərsiniz. Bəzənsə yatarkən sidik sızacaq.
Ağrılı sidik ifrazı, sidik yollarının infeksiyaları ola bilər: Sidik kisəsi infeksiyası neyrogen sidik kisəsinin çox rast gəlinin əlamətlərindəndir. Həddindən artıq aktiv və zəif sidik kisəsi olan insanlar təkrar sidik yolları infeksiyalarına tutula bilər. Bu təkrarlanan xəstəliyə sidik yollarında zərərli bakteriya, virus və ya maya göbələyi ola bilər.
Neyrogen sidik kisəsi diaqnozu necə qoyulur?
Neyrogen sidik kisəsi sinir sistemini və sidik kisəsini əhatə etdiyi üçün hər ikisinin vəziyyətini dəyərləndərmək üçün bir çox testlər aparılır:
Sidik kisəsi gündəliyi: Bu nə qədər sıxlıqla sidiyə çıxmağınızı və sidik sızdırdığınız hər anı qeyd etməyiniz üçün tutulmalıdır.
Ped testi: Xüsusi boya ilə işlənmiş bir yastıqcıq taxırsız və sidik sızdırdığınız zaman yastıq rəngini dəyişir.
Sidik kisəsi skanları: Sidik ifraz etdikdən sonra hələ də sidik kisəsində nə qədər sidiyin olduğunu göstərən bir ustrasəs (UZİ) növüdür.
Urodinamik müayinələr: Bu sidik kisəsi funksiyasının testləri sidik kisəsinin nə miqdarda sidiyi saxlaya biləcəyi, sidik kisəsinin təyziqi, sidiyin maneəsiz çıxartmağı və dolu olduqda sidik kisəsinin nə qədər yaxşı boşaldığını ölçür. Bədənin bu hissələrində əzələlərin və sinirlərin düzgün işlədiyini yoxlamaq üçün sidik kanalının və ya düz bağırsağın yaxınlığında dəriyə xüsusi sensor yerləşdirilə bilər.
Sisteskopiya: Həkim kiçik bir teleskop (sisteskop) istifadə edərək sidik kisəsinin və uratranın içini yoxlamaq üçün bu prosedura həyata keçirə bilər.
Rentgen müayinəsi
Kompyüter tomoqrafiya( KT)
Maqnit rezonans tomoqrafiya (MRT)
Həyat tərzi dəyişiklikləri: Daha az sinir zədəsi olanlar üçün ilk addın həyat tərzi dəyişiklikləri ola bilər və ya bəzən davranış müalicəsi adlanır. Bunlar insanların gündəlik həyatlarında simptomları idarə etmək üçün edə biləcəkləri dəyişikliklərdir. Neyrogen sidik kisəsi üçün bəzi həyat tərzi dəyişiklikləri bunlardır:
*Planlaşdırılmış boşalma: İlk dəfə istək hiss etdiyiniz zaman getmək əvəzinə onu tutmağa və müəyyən vaxtlarda sidiyə getməyə çalışırsınız. Bu sidiyi saxlaya biləcəyiniz müddətin uzanmasına səbəb ola bilər.Bəzi hallatda həkiminiz ehtiyac duymasanız belə sidiyə getməyi, adı vaxtlarda sidik kisəsini boşaltmağa çalışmanızı istəyə bilər.
*Müəyyən qidaları və içkiləri məhdudlaşdırın: Bəzi qidalar və içkilər sidik kisəsini qıcıqlandırır. Bəzi insanları ədviyyatlı yeməklər, qəhvə, çay və qazlı içkilər narahat edir. Qida və içkilərın sizə və simptomlarınıza necə təsir etdiyini görməyə çalışmaq çox dəyərli ola bilər.
*İkiqat boşalma: Bu həqəqətən də sidik kisəsini boşaltmaqda çətinlik çəkən və ya artıq sidiyə çıxdıqdan sonra davamlı bir sidiyə çıxma hissi yaşayanlar üçün yararlı ola bilər. İkiqat boşalma ilə sidiyi keçdikdən bir neçə saniyə ilə bir dəqiqəyə qədər gözləyin və sonra rahatlayın və sonra sidik kisənizdən son sidiyi boşaltmağa yenidən cəhd edin.
*Gecikmiş boşalma: Aktiv sidik kisəsi simptomlarınız varsa , sidiyə çıxmağı bir neçə dəqiqə gecikməklə başlayırsız. Yavaş-yavaş vaxtı bir neçə saata qədər qaldırırsız. Bu, hətta bir istək hiss etdiyiniz zaman da boşalmağı necə dayandırmağı öyrənməyə kömək edir.
*Çanaq dibi məşqləri: Bunlar sidik kisəsi əzələnizi sıxmağa başlayanda rahatlamağınıza kömək edə bilər.Tibb bacınız və ya həkiminiz sizə bu məşqlər haqqında daha ətraflı məlumat verə bilər.
Neyrogen sidik kisəsi necə müalicə olunur?
Həyat tərzi dəyişiklikləri kifayət qədər kömək etmədikdə dərmanlar və kateterlər kimi müalicələri sınamaq lazımdır:
Aktiv sidik kisəsi dərmanları: Bunlar məsanənin həddindən artıq aktiv əzələlərini rahatlamağa kömək edir. Bunlar ağızdan qəbul edilə bilər və ya gel və ya plastır şəklində dəriyə yapışdırıla bilər.
Kateterlər: Bu ən çox fəaliyyət göstərən sidik kisəsi üçün istifadə edilən bir müalicədir. Bu kiçik boru sidik kisəsinin tam boşalmasına kömək etmək üçün uretraya daxil edilir. İki növü var:
Təmiz aralıq kateteri (CİC): Sidik kişisinin boşaltmaq üçün gün ərzində bir neçə dəfə özünüzə qoyduğunuz kateter növüdür. Simptomlarınızdan asılı olaraq gündə 3-4 dəfə istifadə edilə bilər.
Davamlı kateterizasiya: Sidiyi boşaltmaq üçün davamlı olaraq qalır.Kateter uretra vasitəsilə yerləşdirilə bilər və ya cərrahi yolla qarnın aşağı hissəsində kiçik bir kəsiklə birbaşa sidik kisəsinə yerləşdirilə bilər. Kateter hər 4-6 həftədən bir dəyişilməlidir.
Botilinium toksin (Botox): Sidik kisəsi əzələsinə vurulan injeksiyadır.Bu dərman sidik kisəsinin tez-tez yığılmasını dayandırmağa kömək edə bilir. Vaxt keçdikcə bu müalicə işə yarayır. 6 ay və ya 1 ildən sonra proseduran tekrarlanmasına ehtiyac olur.
Sakral neyromodulyasiya (SNS) terapiyası: Həddindən artıq aktiv sidik kisəsi olan xəstələrdə digər dərmanlar və həyat tərzi dəyişıklikləri kömək etmədikdə istifadə olunur. Sakral sinirlər onurğa beyniniz və sidik kisəsi arasında siqnallar daşıyır. Bu siqnalların dəyişdirilməsi həddindən artıq aktiv sidik kisəsi sindromlarını yaxşılaşdıra bilər. Cərrah sakral sinirlərə yaxın nazik bir tel qoyur. Sonra tel dərinizin altına yerləşdirilmiş kiçik bir batareyaya bağlanır. Sidik kisəsinin həddindən artıq aktivləşməsinə səbəb ols biləcək lazımsız siqnalları dayandırmaq üçün sidik kisəsinə zərərsiz elektrik impulsları verir.
Perkutan tibial sinir stimullaşdırılması (PTNS): Ayağınızda tibial sinir adlanan sinirə daxil edilmiş bir iynədən istifadə edir. İynə elektrik impulsları göndərən bir cihaza bağlıdır.İmpulslar tibial sinirə, sonra isə sakral sinirə keçir.
Süni sfinkter: Bu cihaz uretral sifinkter əzələsi düzgün işləmədiyi zaman şiddətli sidik qaçırma probleminimüalicə etməyə kömək edir. Sfinkter manşetini uretranın ətrafına yerləşdirməküçün cərrahi əməliyyat tələb olunur.
Sidik yollarının dəyişdirilməsi cərrahiyəsi: Bu prosedurda cərrah qarın üzərində stoma adlı bir dəlik açır. Əməliyyatdan asılı olaraq sidik kisəsini boşaltmaq üçün stomadan bir kateter keçirilə bilər. və ya sidiyi tutmaq üçün stomanın üzərinə xarici toplama çantası qoyulur.
Sidik kisəsinin böyüdülməsi( augumentation systoplasty): Bağırsağın bir hissəsi çıxarılır və sidik kişisinin divarlarına yaöışdırılır. Bu sidik kisəsinin ölçüsünü artırır. Və daha çox sidik saxlamağa kömək edir.
Sfinkter rezeksiyası: Uretral sfinkter əzələsinin zəif hissəsi çıxarılır. Bu zaman bütün əzələ kəsilə bilər.
Nevroloq Sevinc Mir Seyid
Orqanik.az