Damarlarımızı öldürən QİDAlar

Damarları qocalana qədər sağlam və elastik saxlamaq üçün qidalanmadan bəzi qida məhsullarını xaric etmək lazımdır.

Orqanik.az Rusiya KİV-lərinə istinadla bildirir ki, mütəxəssislər damarların sağlamlığına ən ciddi ziyan vuran məhsulların adlarını açıqlayıb.

1. Şəkər

Mütəxəssislərin fikrinə görə, şəkər damarların sağlamlığı üçün ən ziyanlı məhsuldur. Şəkər damarların daxili divarlarında xroniki iltihab yaradır ki, bu da aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Nəticədə damarlar daralır, onların divarları zəifləyir, partlamaya meyilli olurlar.  Damarın ürək və ya beyində partlaması infarkt və ya insulta səbəb olur.

2. Spirtli içkilər

Bir çox insanlar fikirləşir ki, spirtli içkilər damarlar üçün faydalıdır və hətta onları “təmizləyir”. Lakin bu yanlış fikirdir. Müasir araşdırmalar göstərir ki, insan üçün spirtli içkinin nəinki “faydalı”, hətta ziyansız miqdarı yoxdur (!). Alkoqol orqanizmin bütün hüceyrələrinə güclü toksiki təsir edən zəhərdir. Alkoloq qaraciyər, beyin, ürək, böyrəklər, digər orqanların və həmçinin damarların hüceyrələrini dağıdaraq müxtəlif xəstəliklərin inkişafına təkan verir, orqanizmi zəiflədir və qocaldır.

3. Trans-yağlar

Bu maddələr marqarin, dükanlarda satılar hazır qidalar, şirniyyatlar, yarımfabrikatlar, fast-fud, qızardılmış yeməklərin tərkibində var. Trans-yağlar damarların sağlamlığına ciddi ziyan vurur, damarları zəiflədir, aterosklerozun inkişafını tezləşdirir.

4. Kolbasa, sosis, vetçina və s.

Emal olunmuş ət qanda xolesterinin səviyyəsini artırır. “Artıq” xolesterin damarlarda yığılaraq onları daraldır, zəif və kövrək edir.   

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.