Damarlardakı ərpləri dərmanla təmizləmək mümkündürmü? – Türkiyəli professordan cavab

Zərərli vərdişlərdən, qidalanmadan, genetik səbəblərdən və yaşla bağlı lipid balansının pozulması, xolesterinin yüksəlməsi nəticəsində damarların daxili ərp, kirəc bağlayır.

Türkiyənin tanınnış professoru, kardioloq Hüseyin Bozbaş “Xolesterin həqiqəti” kitabında damarların təmizlənməsindən danışıb.

“Təəssüf ki, hər hansı dərmanla artıq ərp yaranmış damarı təmizləmək mümkün deyil.

Kaş ki, belə bir şey mümkün olsun. Pasientlərimizdən bəzən “Sarımsaq-limon dərmanı, qoz-limon müalicəsi, sirkə kimi bitki mənşəli dərmanlarla damarlardakı ərp yox olub əriyir” kimi fikirlər eşidirik. Təəssüf ki, damarlardakı ərpləri və damar darlığını tamamilə məhv edə biləcək heç bir müalicə üsulu və ya dərman yoxdur.

Xolesterin dərmanının istifadəsi ilə damarlarda yığılmış ərpləri və çöküntüləri tamamilə aradan qaldıra bilmərik.

Bununla belə, damarlardakı ərplərin həcmini azalda və onları möhkəmləndirə bilərik.

Ərpin möhkəm və dayanıqlı olması infarkt və insultdan yüksək səviyyədə qorunma təmin edir.

Çünki ani damar tıxanmalarının əksəriyyəti damardakı ərpin qopması və ya zədələnməsi və üzərində laxtanın oturması nəticəsində yaranır.

Ona görə də yaşlı insanlarda damariçi ərpi yumşaltmaq, qoparmaq barədə düşünməmək daha faydalıdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.