Dağıstanda taun təhlükəsi var

Rusiyada bir neçə gündür bəzi ərazilərdə taun xəstəliyi alovlanması barədə məlumatlar verilir. Qeyd edilir ki, bəzi ocaqlarda aktivləşmə var.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, Rusiyanın nfeksionisti Andrey Pozdnyakov taunun yayıla biləcəyi bölgələri açıqlayıb. Onlardan biri də sərhədimizdə yerləşən Dağıstandır.

“Taunun mümkün təbii ocaqları arasında Dağıstan, Monqolustan, Kabardin-Balkar və İnquşetiya ilə həmsərhəd olan Altay dağları var. Bunlar gəmiricilərin yeyilə biləcəyi və ya tüklərindən istifadə oluna biləcəyi yerlərdir”, – deyə həkim izah edib.
Onun sözlərinə görə, risk qrupuna endemik ərazilərdə yaşayan gəmiricilər və həşəratlarla təmasda olan şəxslər daxildirlər. Ən böyük ölüm riski uşaqlarda, yaşlılarda və immuniteti zəif olan insanlarda mövcuddur.
Pozdnyakov bildirib ki, taun əvvəlcə yoluxmuş gəmiriciləri, sonra isə insanları sancan həşəratların, o cümlədən birələrin vasitəsi ilə yayılır. Bundan başqa, xəstəliyə yoluxmuş heyvan cəmdəklərini kəsərkən və xəstə insanla yaxın təmas zamanı da yoluxma ola bilər.
“Taun ağciyər mərhələsinə keçdikdə o, hava-damcı yolu ilə ötürülə bilər”- deyə həkim bildirib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.