1. Dərinin quruluğunu müəyyən etmək lazımdır. Dərinizin hamar görmək istəyirsinizsə banandan qidalandırıcı maska çəkin. Orta ölçüdə 1 bananı əzib üzərinə 1 çay qaşığı qidalandırıcı krem, 1 çay qaşığı zeytun yağı, yarım çay qaşığı limon suyu əlavə edib qarışdırın. Qarışığı üzünüzə sürtüb 15-20 dəqiqə saxlayıb yuyun.
2 .Göz altında olan sallanmış dəridən xilas olmaq üçün soyulmuş kartofu sürtkəcdən keçirib gözün alına qoyun 20 dəqiqidən sonra həmin hissının necə təravətləndiyini görəcəksiniz.
Göz altındakı göyərmədən xilas olmaq üçün isə qara və yaşıl çayı qarışdırıb dəmləyib soyuduqdan sonra gözün altına kompress qoymaq lazımdır. 15-20 dəqiqədən sonra onları götürüb süddə islanmış pambığı həmin hissəyə qoyub 15 dəqiqə gözləmək lazımdır.
3. Qıcıqlanmış dərini sakitləşdirmək, üzün dərisindən yorğunluğu götürüb gözəlləşdirmək istəyirsinizsə kefir maskasından istifadə edin. 100-200 qr yağlı kefiri 20 dəqiqə müddətində bir neçə dəfə üzünüzə sürtüb silin. Sonda ilıq su ilə yuyun.
4. Dərinizin tonusunu qaldırmaq istəyirsinizsə yumurtanın ağına zeytun yağı və bir neçə damcı limon suyu töküb üzünüzə çəkin. Bu maska yağlı dəri üçündür.
Quru dərini isə tonuslandırmaq üçün kəsmiyi və ya smertanı qaymaqla qarışdırıb dərinizə çəkmək lazımdır.
Normal dərini tonuslandırmaq üçün bananla qreypfrutun şirəsini qarışdırıb üzə sürtmək lazımdır.
5. Üzün dərisindən solğunluğu götürmək üçün size meyvə və tərəvəzlərdən hazırlanmış qidalandırıcı maskalar kömık edəcək.
Quru dəri üçün, iki orta ölçülü yerkökünü sürtgəcdən keçirib yumurta sarısı ilə qarışdırıb 10-15 dəqiqə üzdə saxlayıb sonra yumaq lazımdır. Normal dərisi olanlar yumurta ağını üzün dərisinə çəkib 10-15 dəqiqə saxlayıb isti su ilə yumalıdır.
6. Üzdəki yağlılıqları göürmək üçün maskalar.
Əgər dərinizə həddən artıq yağlanma varsa və bu makyaj etdikdə dərini parlaq göstərirsə kosmetoloqun bir neçə məsləhəti bu məsələdə sizə yardəmçı olacaq. Bir banka suya bir neçə damcı sirkə qatıb pambıqla silmək lazımdır. Sirkə üzdəki yağları aparır, masamələrdəki çirkləri təmizləyir. Bu proseduru gecə makyajından sonra etmək daha məqsədəuyğundur.
7. Yanagınızı çəhrayılaşdırmaq istəyirsinizsə, çiyələk və çobanyastığı qarışığını soyuducuda dondurmaq lazımdır. Sonra həmin buz parçası ilə üzü silmək lazımdır. Diqqətli olmaq lazımdır ki, buzu bir yerdə iki saniyədən artıq saxlamayasız.
Orqanik.az