Qocalma əlamətini bildirən hissələrdən biri də insan dərisidir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, doktor Ata Nejat Ertek açıqlamasında deyib ki, dərinin qocalmasına bir neçə hadisə səbəb olur: “Bunun başlıca səbəblərindən biri stress və əsəbdir.
Eyni zamanda spirtli içki, siqaret də üz dərisinin rəngini dəyişir və qocaldır.
Çoxlu üz mimikaları dəridə qırışlar yaradır. Günəşin də dəriyə təsiri var. Xarici mühitin də dəriyə böyük təsiri var”.
Həkim əlavə edib ki, çox su içməmək də dərini qocaldır. Genetikanın da bu işdə rolu danılmazdır.
Orqanik.az